Accessibility links

Koronavius vaksini və iqlim dəyişikliyinə qarşı mübarizə G-7-nin gündəmindədir


Zəngin demokratiyalardan ibarət Böyük Yeddilər qrupunun xarici işlər nazirləri Londonda keçirilən üç günlük danışıqlarda koronavirus vaksini, iqlim dəyişikliyi və qızların təhsili kimi qlobal məsələləri müzakirə edirlər.

“Məncə, COVAX və onu maliyyələşdirmək, vaksinləri təhlükəyə ən açıq ölkələrə çatdırmaq imkanı, bizim ölkə daxilində tədarük artıqlığının aqibəti və bütün bu məsələlər G-7-nin Hind-Sakit Okeandakı tərəfdaşlarımızla birgə müzakirə aparıb müsbət nəticələr əldə etmək üçün yaxşı fürsətdir,” Britaniya xarici işlər naziri Dominik Raab bildirib.

Danışıqlara Britaniya ev sahibliyi edir və ABŞ-ın dövlət katibi Antoni Blinken Baş Nazir Boris Consonla görüşərək COVID-19 vaksinlərinə qlobal çıxışın vacibliyini vurğulayıb.

“Baş Nazir və Dövlət katibi Blinken vaksinlərin paylanmasının koronavirus pandemiyası ilə mübarizədə mühüm olduğu üzərində razılaşıb. Onlar G-7-nin bu yolda gördüyü işləri, xüsusilə də beynəlxalq istihsal imkanlarını artırmaq səylərini vurğulayıb” baş nazirin sözçüsü deyib.

G-7-nin çərşənbə axşamı keçirilən görüşündə diqqət Çinə ayrılıb.

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi müxbirlərə bildirib ki, nazirlər arasında konsesus var ki, “biz həm Çinin beynəlxalq nizamın ayrılmaz hissəsi olmasını istəyirik, amma bunun üçün Çin beynəlxalq nizamın qaydalarına görə hərərəkət etməlidir.”

Rəsmi Çində insan haqları durumu və “Cənub Çin dənizi və sərhədi ətrafındakı başqa ərazilərdə aqressiv və təhlükəli davranışlarını” missal gətirib.

Blinken də həmçinin çərşənbə axşamı G-7 ölkələrinin Suriyadakı 10 illik müharibəyə son qoymaq istədiklərini bildirib.

“Mənim g-7-dəki həmkarlarım və mən Suriyadakı münaqişəyə son qoymaq üçün siyasi həll yolu tapmaq və BMT-nin sərhədlər arası yardım mexanizminə icazə verilməsinə dəstək vermək öhdəliyini təkrarlayırıq,” Blinken tvit atıb.

O deyib ki, Böyük Yeddilər qrupu Təhlükəsizlik Şurasının 2015-ci ildə Suriyada atəşkəsə, habelə Suriyanın başçılığı ilə yeni konstitusiya və seçkilərlə müşayiət olunan siyasi prosesə çağıran qətnamənin bütün hissələrinin həyata keçirilməsi üzərində çalışacaq.

XS
SM
MD
LG