Accessibility links

Koronovirusla bağlı karantində 560 nəfər var


Koronovirus
Koronovirus

Bu günədək koronovirusla bağlı 4 200-ə qədər müayinə aparılıb.

Bu barədə Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronovirusla bağlı müzakirə zamanıTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, indiyədək xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb. Hazırda karantində 560 nəfər var.

Bayramlı bildirib ki, ümumilikdə 25 nəfərdə koronavirus aşkarlanıb.

“Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və sağalaraq evə buraxılıb.”

TƏBİB-in İdarə Heyətinin sədri həmçinin bildirib ki, Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası
Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası

Komitələrin birgə iclasında epidemiya əleyhinə rejimi pozanlara qarşı cərimələrin artırılması təklif edilib.

Qanunvericiliyə təklif edilən yeni düzəlişlərə görə, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik layihəsi Milli Məclisin martın 17-də keçiriləcək pelnar iclasında müzakirə ediləcək.

Bu gün Nazirlər Kabinetində baş Nazir Əli Əsədovun sədrliyi ilə də iclas keçirilib. İclasda koronavirus epidemiyası ilə bağlı ölkədəki vəziyyət və hadisələrin mümkün inkişafı variantları, müxtəlif variantlarda hansı tədbirlərin görüləcəyi müzakirə olunub.

XS
SM
MD
LG