Accessibility links

Korrupsiya cinayətləri... landromatdan söhbət açılmır


Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Müxalifət qurumları hesab edir ki, ilk öncə beynəlxalq mediada landromatla bağlı dərc edilən materiallara hüquqi qiymət verilməlidir.

“2019-cu ildə korrupsiya ilə bağlı 19 şəxs cinayət başında yaxalanıb“

2019-cu ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları korrupsiya ilə bağlı 19 şəxsi cinayət başında yaxalayıb, 17 nəfər axtarışda olan şəxs saxlanılıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 49 cinayət işi başlanıb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının mətbuat konfransı
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının mətbuat konfransı

Bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransında, bu qurumun rəhbəri, baş prokurorun müavini Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, 2019-ci il ərzində Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

“Həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub,” o qeyd edib.

Hesabat dövrü ərzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə 7 cinayət işinin istintaqı tamamlanıb, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

Bununla yanaşı, mətbuat konfransında korrupsiya cinayətləri ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxlsərin adı çəkilməyib.

OCCRP-Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi
OCCRP-Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi

“Azərbaycanın pulyuyan maşını” adlı araşdırmalar

Mətbuat konfransında Azərbaycanın yüksək vəzifəli məmurlarının, bəzi deputalarının adı hallanan landromat (pulyuyan maşın) işinə toxunulmayıb. Belə ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmaları çərçivəsində dərc etdiyi araşdirma yazılarında çirkli pulların yuyulmasında Azərbaycanın bir sıra yüksək vəzifəli məmurlarının, deputatlarının adları hallanır.

Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Müsavat Partiyaları Baş Prokurorluğa beynəlxalq mediada dərc olunan landromat işi ilə bağlı araşdırma aparılması barədə müraciətlər edib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Baş Prokurorluq Müsavat Partiyasına cavab verməyib

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, Baş Prokuruluğa müraciətləri ilə bağlı araşdırma aparılmayıb.

“Baş Prokurorluq Müsavat Partiyasına hər hansı cavab verməyib. Hazırda hüquqşünaslar mövcud olan hüquqi prosedurlar əsasında bu məsələnin məntiqi yekuna çatmasına çalışır. Bizim hüquqşünaslar hətta araşdrıma aparılması üçün ərazi prinsipi əsasında Səbail rayon Məhkəməsinə də müraciət edib,” o qeyd edib.

Arif Hacılı: Baş Prokurorluq Müsavat Partiyasına cavab verməyib
please wait

No media source currently available

0:00 0:01:15 0:00

Müsavat Partiyasının başqanı landromatla bağlı müraciətlərinin araşdırlmamasının səbəblərindən danışarkən deyib ki, Azərbaycanda hüquqi nihilizm şəraiti mövcuddur.

“İkincisi ölkədə avtoritar rejim mövcuddur. Ölkədə ədalət mühakiməsi sistemi yoxdur və hüquq mühafizə sistemi də müstəqil deyil. Araşdırma aparılmamasının səbəbi budur,” Hacılı qeyd edib.

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Gültəkin Hacıbəyli: Landromat işi ilk növbədə Azərbaycanda araşdırılmalıdır

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyəinin üzvü olmuş Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində deyib ki, Milli Şuranın landromatla bağlı müraciətinə prokurorluq cavab verməyib.

Gültəkin Hacıbəyli: Landromat işi ilk növbədə Azərbaycanda araşdırlmalıdır
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Keçmiş deputat hesab edir ki, landromat işi ilk növbədə Azərbaycanda araşdırılmalıdır.

“Çünki orada söhbət Azərbaycan xalqının pulundan, Azərbaycan büdcəsindən oğurlanan pullardan gedir. Bu pullara görə Azərbaycan hakimiyyəti sorumludur və Azərbaycan xalqı bunlardan soruşmalıdır.”

Gültəkin Hacıbəyli bildirib ki, landromat materialları onun AŞPA-da iştirak etdiyi dövrü əhatə etmir.

“Mənim Azərbaycan Milli Məclsinin AŞPA-da daimi nümayəndə heyətinin üzvü olduğum dövrlə bağlı landromat materiallarında bircə dənə də fakt yoxdur. Bu məsələlər əsasən 2013-cü ildə Kristofer Ştrasserin (AŞPA-nin siyasi məhbuslar üzrə məruzəçisi) Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəsinin qarşısnın alınmasına yönəlmiş bir proses idi. Bu proses haradasa 2012-ci ildən başlanılmışdı və 2015-ci ildən ifşa olunmağa başladı.”

Hacıbəyli hesab edir ki, landromat məsələsi yalnız demokratik qüvvələrin hakimiyyəti dövründə araşdırla bilər.

“Əgər landromat məsləsinin arxasında Azərbaycan hakimiyyəti varsa, təbii ki, o özü-özünü cəzalandırmayacaq. Nəinki yüksək vəzifəli dövlət məmurları, rüşvətin paylanmasında iştirak edən millət vəkilləri də cəzalandırlmadı,” o qeyd edib.

Öz növbəsində Azərbaycan rəsmiləri ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparıldığını bildirir. Xatırladaq ki, son dövrlər bir neçə nazirliyin yüksək vəzifəli şəxsləri bu ittihamlarla həbs edilib. Səhmlərinin 51 faizi dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev və digər vəzifəli şəxlər də korrupsiya, mənimsəmə ittihamları ilə uzun müddətə həbsə məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG