Accessibility links

Korrupsiya xalqın canındadırmı?


Azərbaycanın korrupsiya indeksində bir ilə 30 pillə geriləməsinin səbəbi nədir?

Transparency International​ beynəlxalq şəffaflıq təşkilatının dərc etdiyi 2018-ci il Korrupsiya Qavrama İndeksi hesabatında Azərbaycan 30 pillə geriləyərək, 180 ölkə arasında 152-ci yeri tutub.

2003-cü ildə isə Azərbaycan və Gürcüstan korrupsiya indeksində 130 ölkə arasında 124-cü yeri bölüşürdülər. Eyni indeksdə Gürcüstan 180 ölkə arasında 41-ci yer tutmasında hansı faktorlar mühüm rol oynayıb?​

"Korrupsiya mədəni meyardımı?" sualı ilə siyasi-ictimai şəxslərə müraciət etdik.

Hikmət Hacızadə: Cəmiyyət özü mübarizə aparmalıdır

Hikmət Hacızadə: Cəmiyyət özü mübarizə aparmalıdır
please wait

No media source currently available

0:00 0:00:58 0:00

Politoloq Hikmət Hacızadənin sözlərinə görə, korrupsiya indeksinin tam siyahısına nəzər salanda şimal ölkələrinin cənuba, protestant ölkələrinin isə provaslav və müsəlman ölkələrinə nəzərən daha az korrupsiyalaşdığını görmək olur. Bunlar da mədəniyyətin təsiridir.

Politoloq Hikmət Hacızadə əlavə edir ki, bu vəziyyət dəyişə bilər: “Burada həm siyasi iradə olmalıdır, həm də cəmiyyətdə bir oyanış olmalıdır. Burada korrupsiyanın böyüklüyü və ya kiçikliyi təkcə siyasətdən, dövlətdən, idarəçilikdə asılı deyil. Cəmiyyət özü mübarizə aparmalıdır.”

Bəxtiyar Hacıyev: Siyasi iradə ortaya qoyulmur

Bəxtiyar Hacıyev: Problem təşkilati strukturdadır
please wait

No media source currently available

0:00 0:00:44 0:00

​Tez-tez qarşılaşdığı rüşvət hallarını ictmai müzakirəyə çıxaran ictami fəal Bəxtiyar Hacıyevin sözlərinə görə, “Korrupsiya bir millətin canındadır” ifadəsi məhz korrupsiyalaşmış insanların ictimaiyyət arasına yeritdiyi ən böyük yalanlardan biridir. O əlavə edir ki, eyni dövlətin iki fərqli strukturunda korrupsiyaya qarşı iki fərqli münasibət varsa, bu problemin qanda, cəmiyyətdə deyil, düzgün dizayn edilməmiş təşkilati strukturda olduğunu göstərir.

İctimai fəal siyasi iradə ortaya qoyulduğu halda korrupsiya probleminin ortadan qaldırıla biləcəyini bildirir: "Birinci növbədə edilə bilməyən dəyişiklik siyasi iradənin ortaya qoyulmamasıdır. ASAN xidmət nümunəsindən gördük ki, korrupsiyanın sadəcə bir növü olan kiçik rüşvətlər böyük miqyasda aradan qaldırıldı. Azərbaycanın indi, hal-hazırda Gürcüstandan fərqli olaraq, edə bilmədiyi tək şey həmin o siyasi iradəni başqa sahələrdə də ortaya qoya bilməməsidir."

"Şikayətlər var. Çox aydın şəkildə görünür ki, müxtəlif qurumlar ən dərin səviyyədə korrupsiyaya bulaşıblar. Korrupsiyanı aradan qaldırmağı çox asan həll yolları var. Amma nədənsə o siyasi iradə ortaya qoyulmur” - deyə Bəxtiyar Hacıyev bildirir.

Rəşad Şirin: Tək siyasi iradə də yetmir

Rəşad Şirin: Köklü sistem dəyişikliyinə ehtiyac var
please wait

No media source currently available

0:00 0:01:03 0:00

​Siyasi təhlilçi Rəşad Şirin düşünür ki, tək siyasi iradə də yetmir. Rəşad bəy Ukrayna misalını gətirərək bildirir ki, oradakı sistemin dəyişdirilməsi korrupsiyanın ortadan qaldırılmasına gətirib çıxarmayıb: "Sanki ənənə-güc münasibətləri və mədəniyyət köklü şəkildə bir kombinasiya formalaşdırıb. Buna görə də çox köklü sistem dəyişikliyinə ehtiyac var."

“Birbaşa mədəniyyətlə bağlamaq düzgün olmaz. Çünki, istənilən digər iqtisadi, sosial və ya mədəni hadisələr kimi bunun da əsasında çox zaman siyasi faktor durur. Tək siyasi iradə də yetmir. Çünki, nəticə etibari ilə o siyasi iradə sistemi fərqli bir şəkildə transformasiya etməlidir. Yəni, sistem kökündən dəyişməlidir ki, korrupsiya ortadan qalxsın.’’ - o, Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG