Accessibility links

2017-ci ildə 305 vəzifəli şəxs barədə 214 cinayət işinin istintaqı tamamlanıb


Kamran Əliyev

Yanvarın 17-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.

Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, 2017-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Onun sözlərinə görə, məhkəmələrə göndərilmiş 305 şəxs barəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Kamran Əliyev bildirib ki, hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 7809 müraciətinə baxılıb, həmçinin 280 cinayət xarakterli material araşdırılıb. Həmin materiallardan 181 (65%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 99 (35%) material üzrə digər prokuror təsir aktlarının tətbiq edilməsi təmin edilib.

Baş prokurorun müavini deyib ki, ötən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub. 2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin sayı 1309 vahid (23,8%) azalıb ki, bu da “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır.

“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb”.

Ötən il Baş İdarənin əməliyyat qurumlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 5, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 17 olmaqla cəmi 22 cinayət işi başlanıb.

Onun sözlərinə görə, barələrində cinayət işi başladılan 44 nəfər axtarışdadır.

“Axtarışda olanların 34-ü xarici ölkələrdədir, 10 nəfər isə ölkə daxilindədir”.

Əliyevin dediyinə göər, hazıda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 cinayət işi istintaq olunur.

“Onlardan 12 faizi bank və bank olmayan kredit təşkilatları ilə bağlıdır. İkinci sırada tikinti sektroru dayanır. Ötən il tikinti sektoru ilə müraciətlər azlasa da, təəssüflər olsun ki, bu hallar qalmaqdadır. Üçüncü sırada isə vergidənyayınma və sosial ödənişlərin ödənilməməsi ilə bağlıdır”, o qeyd edib.

XS
SM
MD
LG