Accessibility links

Kosovonun keçmiş baş naziri həbs edilib


Çərşənbə günü Fransa polisi Serbiyanın həbs qərarına əsasən Kosovonun keçmiş baş naziri Ramuş Haradinacı həbs edib.

Polis onu İsveçrə və Almaniya sərhədləri yaxınlığında yerləşən hava limanında Pristinadan gələn zaman saxlayıb.

Haradinac 2004-2005-ci illərdə Kosovonun baş naziri olub. O, 1990-cı illərin sonunda Serbiyadan müstəqillik əldə etmək uğrunda partizan müharibəsi aparan Kosovo Azadlıq Ordusunun komandiri idi.

Serblər onu mülki vətəndaşlara işgəncə verib, qətlə yetirməkdə ittiham edir.

Haradinac Haaqa Müharibə Cinayətləri Tribunalında iki dəfə mühakimə olunub və daha sonra bəraət qazanıb. Serbiya isə ona qarşı yeni məhkəmə işinin açılmasını tələb edir.

Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Qərb ölkələrinin əksəriyyəti Kosovonun müstəqiliyini tanısa da, Serbiya tanımır.

Kosovonun prezidenti Haşin Taci Haradincanın həbsini “qəbuledilməz” adlandırıb. Kosovonun Ədliyyə Nazirliyi isə onun azad edilməsini təmin etmək üçün lazım olan hər şeyin ediləcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG