Serb patriarxı İrinej deyib ki, vəziyyətin çox çətin olmasına baxmayaraq Kosovonun bölünməsi qəbul olunmazdır.
İrinej cümə günü Serbiyanın cənubunda keçirilən müşavirə zamanı bir qrup elmi işçiyə müraciət edərək bildirib ki, Kosovo Serbiyanın bir hissəsidir. O, Kosovoda qərargahlanan Pek Patriarxlığının Serbiyadan başqa bir dövlətin tərkibində olmasını təsəvvür belə etmədiyini dilə gətirib. İrinej paytaxt Belqradın yepiskopu və Pekin Arxiyepiskopudur. O, Patriarx Pavelin ölümündən sonra yanvarda Serbiya Pravoslav kilsəsinin rəhbəri olub.
Kosovo Serbiyadan müstəqilliyini 2008-ci ildə elan edib. Serbiyanın sərt etirazına baxmayaraq, ABŞ daxil olmaqla bir sıra ölkələr Kosovonun müstəqilliyini tanıyıb.