Accessibility links

Kosovoda serblər şlaqbaumları yığışıdırıblar


Kosovoda serblər şlaqbaumları yığışıdırıblar
Kosovoda serblər şlaqbaumları yığışıdırıblar

Şimali Kosovoda serblər kosovar icmasını onlardan ayıran şlaqbaumları yığışdırmağa başlayıblar. Həmin bu sərhəd regionunda bir neçə ay öncə baş vermiş interetnik qarşıdurma zəminində onlarla adam yaralanmış, Serbiyanın Avropa İttifaqına üzvlüyü təhlükə altına alınmışdı.

Yerli serblər barrikadaların yığışdırılmasının NATO sülhməramlıları ilə əldə olunan razılıqdan sonra baş verdiyini deyirlər. Serb lideri Slavisa Ristiç deyir ki, yeni razılıq Serbiya ilə sərhəd keçidində hərəkət azadlığına yol açacaq. Həmin razılığa əsasən lokal polis qüvvələri NATO sülhməramlıları ilə əməkdaşlıq şəraitində ərazidə sülhün qorunmasına xidmət edəcəklər.

Serblərin blokadası NATO-nun Kosovonun şimalındakə hərbi bazaya çıxışını kəsmişdi. NATO bütün Kosovo boyunca hərəkət azadlığının mövcud olmasını istəyir.

XS
SM
MD
LG