Accessibility links

Bir qrup Kosovo serbi sərhəd məntəqələrini atəşə tutub


Bir qrup Kosovo serbi sərhəd məntəqələrini atəşə tutub
Bir qrup Kosovo serbi sərhəd məntəqələrini atəşə tutub

NATO-nun Kosovo sülhməramlı qüvvələrinin komandanı sərhəd bölgəsində gərginliyin azalması üçün tərəflər arasında vasitəçilik edərək anlaşma əldə edilməsinə nail olub. Anlaşmaya görə, keçidlərə Kosovonun etnik alban və serb icmalarının üzvlərindən ibarət sərhəd və gömrük rəsmiləri nəzarət edəcəklər.

Kosovonun etnik serblərin yaşadığı anklavda xüsusi polis qüvvələri geri çəkilməsindən sonra bir qrup serb sərhəd məntəqələrini atəşə tutub.Qonşu Serbiiya və Associated Press-in bildirdiyinə görə, serb nümayişçilər keçid məntəqəsində yanğın törədib.

Kosovo xüsusi təyinatlı polisi bazar ertəsi günü axşam Serbiya ilə sərhəddəki Brnjak və Jarinje gömrük keçidlərini tutmaq məqsədilə əməliyyat keçiriblər, amma etnik serblər buna mane olmağa çalışıblar. Çərşənbə axşamı baş verən döyüşdə bir Kosovo polisi öldürülüb, bir neçəsi yaralanıb. Yaralananlar arasında mülki şəxslər də var.

Assoşieyted Press NATO rəsmilərinə istinadən deyir ki, alyansın Kosovo sülhməramlı qüvvələrinin komandanı sərhəd bölgəsində gərginliyin azalması üçün tərəflər arasında vasitəçilik edərək anlaşma əldə edilməsinə nail olub. Anlaşmaya görə, keçidlərə Kosovonun etnik alban və serb icmalarının üzvlərindən ibarət sərhəd və gömrük rəsmiləri nəzarət edəcəklər.

Sərhəddə serb polisi nəzarət edən vaxtlar Kosovonun etnik alban höküməti onlardan şikayət edib bildirmişdi ki, serb sərhədçilər onların göstərişlərinə məhəl qoymurlar və qonşu Serbiyadan gələn idxalın qarşısını almırlar.

Kosovonın etnik alban hökuməti Serbiyadan 2008-ci ildən ayrılıb. Kosovonın şimalında yaşayan serblər hələ də albanların formalaşdırdığı Kosovo hökumətini qəbul etmirlər. Kosovo hökumətini Serbiya da tanımır.

Kosovo rəhbərliyi sərhəd keçid məntəqəsindəki əməliyyatın zəruri olduğunu desə də Serbiya albanların serblərin nəzarətindəki ərazilərin nəzarətini ələ keçirməyə çalışdığını irəli sürüb və bu hərəkəti qəbuledilməz adlandırıb.

Avropa Birliyi də sərhəd keçid məntəqələri ilə əlaqədar əməliyyatları beynəlxalq icma ilə əlaqələndirmədiyinə görə Kosovo hökümətini qınayıb.

XS
SM
MD
LG