Accessibility links

Kosta Rikada təyyarə qəzaya uğrayıb


Kosta Rikada təyyarənin qəzaya uğramasına nəyin səbəb olduğu araşdırılır.

San Hose yaxınlığındakı dağlıq əraziyə düşən təyyarədə 10 amerikalı və 2 pilot həlak olub. Nature Air hava yollarına məxsus çarter reysinin qəzasından xilas olan olmayıb.

Nyu-York yaxınlığında yaşayan bir ailənin 5 üzvünün hamısı həlak olub. Brus və İren Steynberq ailəsinin qohumları Facebook-da onların 3 oğulları ilə bərabər istirahətdən qayıtdıqlarını yazıb.

Mətbuat konfransında çıxış edən Kosta Rikanın Mülki Aviasiya idarəsinin direktoru Enio Kubillo bildirib ki, bazar günü Punta İslitadan günortaya yaxın havaya qalxan təyyarə San Hoseyə istiqamət alarkən qəzaya uğrayıb.

Kubillo pilot Huan Manuel Renetanın təcrübəli bir sürücü olduğunu vurğulayıb. O, qəzanın səbəblərinin araşdırıldığını qeyd edib.

Kosta Rika prezidenti Luiz Quillermo ölənlərə görə dərin hüznünü ifadə edib.

Sakit okeanı sahillərində yerləşən Punta İslita olduqca populyar bir turist məkanıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG