Accessibility links

Kosta-Rikada iki ton kokain ələ keçirilib


Kosta-Rikanın hüquq-mühafizə orqanları iki ton həcmində kokain ələ keçirərək müsadirə ediblər.

Kosta-Rika rəsmilərinin verdiyi məlumata görə, ABŞ sahil mühafizə idarəsinin verdiyi məlumat əsasında çərşənbə günü Sakit okean sularında axtarışa çıxdıqdan sonra sahildən 80 dəniz mili uzaqlıqda kiçik bir gəmidən kokain aşkar edib.

Rəsmilər əlavə ediblər ki, narko-sualtı adı ilə tanınan dördmotorlu qayığın radarlar tərəfindən təsbit edilməsi çətin olduğu üçün tez-tez narkotik tacirləri tərəfindən istifadə edilir.

Hüquq-mühafizə orqanlarının rəsmiləri üç kolumbiyalının həbs olunduğunu və Kosta-Rikada saxlanıldığını bildirib.

XS
SM
MD
LG