Accessibility links

Kosta Rikada prezident seçkiləri yenidən keçiriləcək


Kosta Rikada keçirilən prezident seçkilərində homoseksual evliliyə qarşı olması ilə tanınan Fabrisio Alvarado üstünlük əldə etsə də, o, təkbaşına qalib gəlmək üçün lazım olan səsi toplaya bilməyib.

Ölkənin Ali Seçki Tribunalı tərəfindən verilən məlumata görə, toplam bülletenlerin 70 faizi hesablanaraq, əldə olunan nəticələrə əsasən, xristian müğənni və televiziya aparıcısı sağçı Milli Bərpa Pariyasına mənsub Fabrisio Alvarado səslərin 25 faizini toplayıb.

Alvaradonun ən yaxın rəqibi sayılan, Vətəndaş Fəaliyyəti Partiyasının rəhbəri, keçmiş Əmək Naziri Karlos Alvarado Quesada 21 faiz səs toplaya bilib.

Prezidentliyə 13 namizəd konstitusiya məhkəməsi tərəfindən ardıcıl ikinci dəfə prezident olmaq istəyinə qadağa qoyulmuş Luiz Quillermo Solisi əvəz etmək uğrunda mübarizə aparır.

Heç bir namizədin ümumi səslərin 40 faizini əldə etmədiyi üçün aprel ayının 1-i seçkilərin ikinci mərhələsi keçiriləcək.

Bazar ertəsi ilk mərhələnin son nəticələrinin açıqlanacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG