ABŞ-da karantin və təcrid sevgili və dost axtarışları da daxil olmaqla, bütün fəaliyyətlərin onlayn keçirilməsinə səbəb olub. Hələlik tanışlıq app-lərindən istifadə etməklə, bu görüşlər virtual olacaq.
Milyonlarla insanın evlərində karantində olmasına baxmayaraq, sevgi hələ də özünə bir yol tapır və tanışlıq app-lərinin tətbiqi yeni reallığa uyğunlaşır. Tanışlıq app-lərindən istifadə bəzi hallarda 20 faiz artıb.
`Tinder` adlı app hətta şəhərinizin hüdudlarından kənarda belə tanışlığa imkan yaradır. Buna görə də istifadəçilər hər yerdə sevgi axtara bilər, çünki görüşlər hər halda bir onlayn olmalıdır. Nik Kallail: "Mən sadəcə soruşdum, Facetime-da içki içmək istəyirsən? Və o, bəli dedi. Beləliklə, biz bunu etməyə qərar verdik. Bir dəfə dedi ki, ev şalvarında olsam normaldır? Mən də cavab verdim ki, üç həftədir iş şalvarı geyinmirəm. Niyə indi geyinməliyik? Ona görə də bir-birimizlə super qeyri-rəsmilik və rahatıq."
Şam yeməyi və şərab onlaynda ilk görüş üçün yeganə seçim deyil. Tanışlıq proqramı istifadəçiləri birlikdə alış-veriş etdiklərini, şam yeməyi hazırladıqlarını, hətta video oyunlar oynadıqlarını deyirlər.
Tanışlıq tətbiqlərini tərtib edənlər onlayn tanışlığın şəxsi tanışlıqdan o qədər də fərqli olmadığını deyirlər. Davun Kanq: "Bu virtual bir tanışlıq olduğu üçün mən fərqli bir şey etməliyəm? Birinci və ya hətta ikinci görüşdə etiket qaydaları eynidir. Siz gözəl görünmək üçün səy göstərirsiniz və bu o deməkdir ki, siz yaxşı təəssürat yaratmağa çalışırsınız. Bunun ilk görüşdə yaxşı fikir olduğunu düşünürəm."
Görüşdən əvvəl mikrofon və kameranın yaxşı işlədiyinə əmin olmaq vacibdirsə, müzakirə mövzusu seçməkdə bir çətinlik yoxdur, çünki pandemiya yerindən asılı olmayaraq, hər kəsin düşüncələrinə yerləşib. Melissa Hobli: "Çox nadir hallarda insanların coğrafiyadan asılı olmayaraq yalnız bir şey haqda düşündüyü kimi anlar olur, indi bu, COVID-19-dur. Bundan istifadə etmək lazımdır.”
Bütün real tanışlıqların müvəqqəti olaraq məhdudlaşdırıldığı bir vaxt onlayn tanışlığın bəzi üstünlükləri ola bilər.
Bu virtual tanışlıqlar insanların xoşuna gəlsə də, karantin qaldırıldıqdan sonra cütlüklərin gerçək dünyada sevgi axtarışına qayıdacaqlarına şübhə yoxdur.