Krım və Donbası Ukrayna hökumətinin nəzarətinə necə geri qaytarmalı? Bu, ölkənin gələcək prezidenti üçün əsas suallardan biridir.
Petro Poroşenko. Sülhməramlı missiya.
2014-cü ildən Krım, eyni zamanda Donetks və Luqansk vilayətləri Ukrayna hökumətinin nəzarəti altında deyil. Sülhün bərqərar olması və ərazinin geri qaytarılması 2014-cü ildə ən çox danışılan mövzular idi. O zaman prezidentliyə namizəd olan Petro Poroşenko Donbası tezliklə geri alacağını vəd edirdi. “Anti-terror əməliyyatı 2-3 ay çəkə bilməz, əməliyyat saatlar davam etməli və edəcək.” – deyə Poroşenko bildirirdi.
Fəal hərbi addımlar nəticəsində Ukrayna ilkin ələ keçirilən ərazilərin 70 faiz geri qaytarmağa müvəffəq oldu. Daha sonra isə Petro Poroşenkonun seçki kampaniyası dövrü səsləndirdiyi sülh planı əsasında “Minsk razılığı” qüvvəyə mindi.
Budəfəki seçki kampaniyası başlanğıcında namizəd Poroşenko vədlərin əməl edilmədiyinə görə üzr istədi. İndi o, güclü orduya və diplomatiyaya üstünlük verir.
“Əlbəttə bizə Rusiya ilə sülh lazımdır. Soyuq olsa da, sülh. İnsanlar müharibədən yorulublar və bu ağrılı emosiyalarla Rusiya propaqandası usanmadan oynayır. Təkcə o yox, amma bu propaqanda ölkə daxilində də təkrar edilirdi” – Poroşenko deyirdi.
Poroşenkonun sülh planının əsas hissəsi hərbi, polis və beynəlxalq administrasiyalardan sülhməramlı qoşunların cəlb edilməsidir. Onların nəzarət altında olmayan ərazilərdə və Rusiya-Ukrayna sərhədi boyunca yerləşdirilməsi planlaşdırılırdı.
Moskva isə sülhməramlı missiyanın ərazilərə nəzarətin bölündüyü xətt üzrə yerilməşdirilməsi təklifi etdi. Ərazi daxilində isə, Kremlin təklifinə görə, sülhməramlılar yalnız ATƏT missiyasını qoruya biləcəkdilər. Bu isə mahiyyət etibarilə yalnız status-kvonu qoruyur.
Yuriy Boyko. Birbaşa danışıqlar.
Qızının xaç atası Vladimir Putin olan Viktor Medvedçuk prezidentlik yarışında iştirak etməsə də, Yuriy Boykonu dəstəkləyir. Boyko sabiq Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyyəti dövründə vitse-baş nazir idi. Medvedçuk hesab edir ki, danışıqlar yalnız Moskva ilə deyil, Donetsk və Luqansk ilə də aparılmalıdır. Bundan əlavə o, “Donbas muxtariyyəti” yaradılması tərəfdarıdır.
Ali Radanın deputatı Andrey Teteruk bu ifadələrə görə Medvedçuka qarşı dövlətə xəyanət işi açılmasını tələb etdi. Baş Prokurorluq cinayət işi açsa da, Medvedçuka qarşı konkret bir şübhə müəyyən edilmədi. “Настоящего Время” televiziya kanalının müraciətinə Ukrayna Təhlükəsizlik Xidmətin bildirdi ki, işin təfərruatları istintaq sirridir.
Medvedçukun müttəfiqi, prezidentliyə namizəd Yuriy Boyko fikirlərini daha mülayim ifadə edir.
“Biz Ukraynanın şərqində qanlı qarşıdurmanın dayandırılması üçün hər şey edəcəyik. Biz ölkədə sülhə nail olunması üçün vaxt uzatmadan birbaşa danışıqlara gedəcəyik. Bu, seçkidə qələbədən sonra edəcəyimiz ilk şey olacaq.” – deyə Boyka bildirib.
Vladimir Zelenski. “Ortaq məxrəcə gəlmək”
Vladimir Zeleski Ukrayna siyasətinin yeni siması olmaq iddiasındadır. O, yeni yanaşma vəd edir. Xüsusilə də, milli təhlükəsizlik məsələlərində. Doğrudur, nəticədə hər şey Rusiya ilə danışıqların aparılmasına gətirib çıxırır.
Dmitri Qordona müsahibəsində Zelenski deyib ki, Kiyev və Moskva tələblərini irəli sürməli və ortaq məxrəcə gəlməlidirlər. Həmin “ortaq məxrəc”-i və nədən imtina edilməsi isə referendum vasitəsilə Ukrayna xalqı qərarı əsasında müəyyən ediləcək.
Yuliya Timoşenko. Budapeşt memorandumu.
Prezidentliyə namizəd Yuliya Timoşenko seçki yarışının ilk üçlüyünə daxildir. O, Budapeşt memorandumuna istinad edərək, sülhə nail olacağını vəd edir. 1994-cü ildə Ukrayna nüvə silahından imtina etdi. Əvəzində isə Rusiya, ABŞ və Böyük Britaniya ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünün qarantı olmaq öhdəliyi götürdülər.
Ukrayna prezident yarışında iştirak edən namizədlərin ümumi sayı 39-dur. Onların əksəriyyəti Krımın və Donbasın geri qaytarılması haqda ümumiyyətlə danışmırlar.