ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukrayna böhranını müzakirə etmək üçün danışıqların növbəti raundunu bu gün Londonda keçirir.
Danışıqlardan əvvəl Con Kerri görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Sergey Lavrov isə vəziyyəti mürəkkəb adlandıraraq, vaxt itirildiyini deyib.
Londonda ABŞ səfirinin iqamətgahında aparılan danışıqlar Ukraynada böhranın mərkəzində olan Krımın Ukraynadan ayrılaraq Rusiyaya birləşməsinı dair referenduma hazırlıq getdiyi bir vaxt keçirilir.
ABŞ və Avropa liderləri Rusiyanın dəstəklədiyi referendumu konstitusiyaya zidd adlandırıb. Con Kerri isə Moskvaya Krım ilhaq edildiyi halda bunun ciddi nəticələri olacağı ilə bağlı xəbərdarlıq edib.
Rusiya rəsmiləri ötən ay Ukrayna hökuməti devrildikdən sonra Krım sakinlərinin öz müqəddaratını təyin etməyə tam hüquqları olduğunu deyib.
Moskva Ukrayna sərhədinə iki həftə davam edəcək təlimlərə görə əlavə minlərlə əsgər və hərbi avadanlıq göndərdiyini etiraf edib.
Dövlət Departamentinin yüksək səviyyəli bir rəsmisi ABŞ-ın Rusiyanın hərbi qüvvələrini Ukrayna sərhədinə göndərməsinə görə ciddi narahat olduğunu deyib. Con Kerri Rusiyanın Krımda təxminən 20 min əsgəri qüvvəsinin olduğunu təxmin edir.