Accessibility links

Kraliça Elizabet və Britaniya Şahzadə Filiplə vidalaşır


Kraliça Elizabet şənbə günü keçirilən dəfn mərasimində yetmiş ildən çox həyat yoldaşı olmuş Şahzadə Filiplə son dəfə vidalaşacaq. Ölkə Britaniya monrxiyasında mühüm rol oynamış şəxsin ölümünü qeyd etmək üçün bir dəqiqəlik sükut ilə anacaq.

Mərasimdə kral ailəsinə aid mühüm bir hadisə qeyd edildiyi zaman baş verən ənənəvi əzəmətin bir hissəsi daxil olsa da, COVID-19 məhdudiyyətləri səbəbilə Müqəddəs Corc Kilsəsinə yalnız 30 nəfər buraxılcaq.

İctimai yürüş olmayacaq və dəfn mərasimi üçün toplanan insanlar maska taxanacaqlar, həyat yoldaşının ölümünün “böyük boşluq” yaratdığını deyən kraliça yalnız oturacaq.

“O kraliçadır, o hər zamankı kimi qeyri-adi qürur və qeyri-adi cəsarətlə hərəkət edəcək. Eyni zamanda isə o, 73 il evil qaldığı insanla vidalaşacaq,” Kanterburi Arxiyepiskopu Castin Velbi deyib.

O, həmçinin mərasimi dünya boyu pandemiya səbəbilə sevdiklərini itirən insanlarda rezonans yaradacağını gözlədiyini deyib.

Edinburq Hersoqu həyat yoldaşının 69illik hakimiyyəti boyunca yanında olub və ötən həftə 99 yaşında cütlüyün koronavirus pandemiyası zamanı qaldıqları qəsrdə vəfat edib.

Kral Dəniz Donanmasının üzvü olaraq İkinci Dünya Müharibəsinin veteran olan Filip böyük hərbi biliyə sahib idi.

Mərasim ümumdünya vaxtı ilə saat 1400-da başlamadan öncə bir dəqiqəlik sükut dəqiqəsi olunacaq.

Mərasimdə kral ailəsi ilə Filipin ailə üzvləri iştirak edəcək. Baş nazir Boris Conson mərasimdə iştirak etməyəək və başqaları kimi onu televiziya vasitəsilə izləyəcək.

Bütün mərasim Vindsor Qəsrində keçiriləcək. İctimaiyyət üzvlərindən ehtiramlarını bildirmək üçün binanın qarşısına toplanmamaqları istənilib.

Ötən həftə kral ailəsində son onillərin ən böyük böhranı yaşandı. Belə ki, Kraliça Elizabet və Filipin nəvəsi Şahzadə Harris həyat yoldaşı Meqanla birlikdə Oprah Vinfriyə mübahisəli müsahibə veriblər. Meqan hamilə olduğu üçün həkimlər onun dəfn mərasiminə qatılmağı məsləhət görməyiblər.

Ötən il kral vəzifələrindən istefa verərək, Los Ancelesə köçən cütlük adını açıqlamadıqları kral ailə üzvünün irqçi şərh etdiyini deyib və bildirib ki, Meqanın intihar düşüncələri olduğu zaman yardım istəyinə məhəl qoyulmayıb.

Dəfn mərasimində medianın diqqəti kral ailəsinin Harriyə qarşı davranışına yönələcək. Bu, onun müsahibədən sonra ailəsi bir araya gəldiyi ilk ictimai tədbir olacaq.

XS
SM
MD
LG