Accessibility links

Şahzadə Yucinin toy mərasimi olub


Kraliça İkinci Elizabetin nəvəsi şahzadə Yucin cümə günü Vindzor Sarayında Cek Bruksbankla evlənib. Toy mərasimində bir çox tanınmış simalarla yanaşı Britaniya kral ailəsinin üzvləri də iştirak edib. Onlar arasında may ayında həmin sarayda evlənən şahzadə Harri və onun həyat yoldaşı Meqan da olub.

Kraliçanın üçüncü uşağı, şahzadə Endrü və onun keçmiş həyat yoldaşı York hersoginyası Sarah Ferqusonun qızı 28 yaşlı Yucin 32 yaşlı Bruksbankla sarayın 15-ci əsrə aid Müqəddəs Corc Kilsəsində ailə qurub.

Şahzadə Yucin və Cek Bruksbank
Şahzadə Yucin və Cek Bruksbank

Bu ilin əvvəlində şahzadə Harri və Meqan da eyni kilsədə evlənib.
92 yaşlı şahzadə və onun 97 yaşlı həyat yoldaşı Filipdən əlavə toyda Hollivud ulduzları Liv Tayler və Demi Mur, modellər Keyt Moss və Naomi Kampbel və mügənni Elli Qouldinq iştirak edib.

Yucinin gəlinlik donu Piter Pilotto və Kristofer De Vos tərəfindən hazırlanıb. Donun kürək hissəsi bilərəkdən açıq qoyulub ki, şahzadənin uşaq ikən olduğu əməliyyat nəticəsində yaranan çapıqlar görsənsin. Yucin kilsəyə atası şahzadə Endrü ilə daxil olub.

Şahzadə Yucin və Cek Bruksbank
Şahzadə Yucin və Cek Bruksbank

Vindzor yaxınlığında toplaşan insanlar mahnılar oxuyub və evlənən cütlüyə xoş diləklərini səsləndirib. Lakin orada şahzadə Harrinin toyundan daha az insan toplaşıb.

Mərasimin keçirildiyi məkana 1200 adi vətəndaş dəvət olunub.

Londonun Hauser & Wirth incəsənət qalereyasının direktoru Yucin şərabın topdan satışı biznesinin sahibi və ABŞ aktyoru Corc Kluninin həm-təsisçisi olduğu Casamigos Tequillanın Avropa üzrə brend meneceri Buksbank 2010-cu ildə İsveçrənin Verbier kuror zonasına tanış olub.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG