Accessibility links

Kraliça İkinci Yelizaveta Britaniya krallığında 65 il hakimiyyətdə olmuş ilk monarxdır


Kraliça İkinci Yelizaveta hazırda dünyada ən uzun müddət hakimiyyətdə olan monarx olmaqla yanaşı, həm də Britaniya krallığında 65 il hakimiyyətdə olmuş ilk monarxdır.

Kraliçanın Yaqut yubileyi şərəfinə London qülləsi yaxınlığında 41 top atəşi açılıb və Vestminster kilsəsinin zəngləri səsləndirilib.

Bukingem sarayından alınan məlumata görə, 90 yaşlı kraliça bu günü İngiltərənin şərqində Sandrinqham malikanəsində keçirir.

Yelizavetanın atası kral Altıncı Corc 1952-ci il fevralın 6-sı vəfat edəndə onun 25 yaşı var idi.

1953-cü il iyunun 2-si o, kraliça İkinci Yelizaveta kimi taxta çıxıb. Tacqoyma mərasimi televiziya ilə canlı nümayiş etdirilən ilk belə mərasim olub.

Kraliça İkinci Yelizaveta aprel ayında 91 yaşını qeyd edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG