Accessibility links

Kramatorskda qatar stansiyasına raket hücumunun ildönümü qeyd olunub


Sakinlər və rəsmilər aprelin 8-də bir il əvvəl minlərlə insanın ərazini boşaltmaq üçün qatarlara minmək üçün toplaşdığı mərkəzi dəmiryol stansiyasına Rusiya raketinin düşməsi nəticəsində həlak olan onlarla insanın xatirəsini yad etmək üçün Ukraynanın Kramatorsk şəhərində toplaşıb.

“Həmin gün Kramatorsk vağzalında baş verən dəhşət 61 nəfərin həyatına son qoydu, yüzdən çox insan isə yaralandı,” - şəhər şurasının bəyanatında deyilir.

“Onlar müharibədən qaçdılar, vətənlərindən uzaq torpaqlarda qurtuluş axtardılar, ancaq rus raketi onların həyatını qısaltdı, bütün ailələrin taleyini şikəst qoydu.”

“Ötən il baş verən hadisələr Rusiyanın Ukrayna ərazisindəki cinayət əməllərinin təkzibolunmaz sübutdur. Kramatorsk dəmiryol stansiyasına raket hücumu cinayət işinin ən qanlı səhifələrindən biridir və biz əminik ki,bu işə Haaqa məhkəməsində baxılacaq. Günahkarlar cəzalandırılmalıdır,” bəyanatda deyilir.

Rusiya mülki vətəndaşları hədəf aldığını inkar edir, baxmayaraq ki, Moskvanın 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən bəri bu cür əməllərə dair çox sayda sübutlar mövcuddur.

Human Rights Watch 2023-cü ilin fevralında SITU araşdırma qrupu ilə apardığı birgə təhqiqatında bildirib ki, güclü dəlillər Ukraynanın şərqində Kramatorsk qatar stansiyasına raket hücumunun Rusiya tərəfindən “açıq-aşkar mühatibə cinayəti” olduğuna işarə edir.

Hesabatda deyilir ki, qatar stansiyasını hədəf alan balistik raket onlarla kiçik bomba dağıdan qadağan olunan kaset sursatları ilə doldurulmuşdu.

“Dəlillər güclü şəkildə ona işarə edir ki, Kramatorsk qatar stansiyasında mülki vətəndaşları öldürən və yaralayan raket Ukrynanı şərqində Rusiyanın nəzarət etdiyi ərazidən atılıb,” hesabatda deyilir.

Hadisənin ildönümüdə qatar stansiyasına bir dəqiqəlik sükut elan edilib və sakinlər oradakı kiçik xatirə abidəsinə çiçəklər qoyublar.

XS
SM
MD
LG