Accessibility links

Krasnoyarskda silah anbarında yanğın söndürülüb


Rusiyanın Müdafiə nazirliyinin verdiyi məlumata görə, Krasnoyarsk vilayətinin Açinsk şəhərində silah-sursat anbarında baş ermiş yanğın tamamilə söndürülüb. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.

Bazar ertəsi silah-sursat anbarında yanğın baş verib. Anbarda olan hərbi sursatlar partlamağa başlayıb. Vəziyyəti yalnız növbəti gün səhəri nəzarətə almaq mümkün olub.

Yanğını söndürmək üçün 150 nəfər əraziyə səfərbər olunub, həmçinin buraya iki xüsusi qatar gətirilib və ərazidə yanğını söndürməyə "Uran-14" robotları kömək edib.

20 km. radiusda olan kəndlərin sakinləri təxliyyə edilib. Ümumilikdə 2,5 min adam evlərini tərk edib. Ərazidə fövqəladə vəziyyət elan edilib.

Müdafiə nazirliyinin verdiyi məlumata görə, yanğına səbəb insan faktoru olub. Hadisənin baş verməsinin səbəbləri araşdırılır və dəymiş ziyanın məbləği qiymətləndirilir.

Krasnoyarsk vilayətində və ətraf bölgələrdə meşə yanğınları tüğyan edir. Hazırda iki milyondan çox hektar ərazi alov içindədir.

XS
SM
MD
LG