Accessibility links

Apellyasiya Məhkəməsi zamini həbsdən azad edib


Bank
Bank

Bakı Apellyasiya Məhkəməsi hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə "Atabank"ın müraciəti əsasında borca görə həbs edilən zamin Lalə Bunyatovanın işi üzrə şikayətə baxıb və Sabunçu rayon Məhkəməsinin həbs qərarını araşdırmanın düzgün aparılmaması səbəbi ilə ləğv edib və işi geri qaytarıb. Lalə Bünyatova məhkəmə zalında həbsdən azad edilib. Bu barədə vəkil Əkrəm Həsənov Facebook səhifəsində yazıb.

“Bu, ölkə tarixində borca görə həbsin ilk ləğvi oldu”, vəkil qeyd edib.

Lalə Bunyatova oktyabrın 20-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə həbs edilib. Səbəb bankdan pul götürməsi üçün zamin durduğu şəxsin borcunu ödəməməsidir. Qərarı məhkəmənin hakimi Süleyman Ağayev verib.

Əkrəm Həsənov deyir ki, “Atabank”a 8 min 701 manat borcu olan şəxsin özünü tapa bilməyiblər. Ona görə də zamin duran şəxsi həbs edib.

“Qərarda bildirilirdi ki, işsiz zamin üzrsüz səbəbdən borcu ödəmir. Halbuki işsiz şəxsin borcu ödəməsi mümkün deyil. Burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz”.

Azərbaycanda 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların 5 milyon 720 min 291 nəfər müştərisi var. Müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı var. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötüb. Bu cəmi kredit qoyuluşunun 15 faizi deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG