Accessibility links

AYİB Azərbaycanda yol infrastrukturunun yenilənməsinə kredit ayıracaq


Avropa Yenidənqurma və İnkişaf Bankı
Avropa Yenidənqurma və İnkişaf Bankı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına dəstək olacaq.

Bunu AYİB-in Şərqi Avropa və Qafqaz üzrə direktoru Fransis Malij Report agentliyinə açıqlamasında deyib.

"AYİB gələn il Azərbaycanda çox böyük layihələr həyata keçirməyi nəzərdən keçirir. Bank Gəncədən Gürcüstan sərhədindəki "Qırmızı körpü"yədək olan avtomobil yolunun yenilənməsinə maliyyə ayırmağı düşünür. Həmçinin Azərbaycanda ikinci dərəcəli yol şəbəkəsinin yaxşılaşdırılmasına investisiya yatırmağı davam etdirəcəyik. AYİB gələn il də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yerli kiçik və orta həcmli şirkətlər və banklarla işini davam etdirəcək. 2018-ci ildə icra ediləcək həmin yol infrastrukturu layihələrinin ümumi büdcəsi 300-500 milyon dollararası dəyişir", F.Malij bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG