Accessibility links

Kredit borclarını qaytarmayan bir qrup sahibkarın saxlandığı bildirilir


Həbs
Həbs

Daxili İşlər Nazirliyi və prokurorluq kreditlər üzrə borclarını qaytarmayan bir qrup sahibkarın saxlanması barədə bir sıra yerli KİV-də yayılan məlumatları şərh etmir. Öncə bu barədə Virtualaz.org saytı mənbələrinə istinadən məlumat yayıb. Lakin Amerikanın Səsinin sorğusunu Daxili İşlər Nazirliyinin və prokurorluğun mətbuat xidmətləri nə təsdiq, nə də təkzib edib.

Qeyri-rəsmi məlumatlara görə, söhbət vaxtilə Azərbaycan Beynəlxalq Bankından (Cahangir Hacıyevin rəhbər olduğu vaxtlar) böyük məbləğdə kredit götürüb lakin pulları qaytarmayan onlarla adamdan gedir. Sayt həmin sahibkarların saxlanılaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını yazır.

Müşahidəçilər hesab edirlər ki, söhbət həbsdən deyil, kreditlərin qaytarılması tələbindən gedir.

Qeyd edək ki, bu, son günlərin ilk korrupsiya qalmaqalı deyil. Belə ki, Dövlət Bayraq İdarəsinin direktoru Rəşad Məmmədov vəzifəsindən çıxarılıb. Rəsmi səbəb açıqlanmayıb. Lakin qeyri-rəsmi məlumatlara görə, o və tərəfdaşları müxtəlif obyektlərin yenidən qurulması və inşası üzrə işlərin aparılması zamanı külli miqdarda mənimsəməyə yol veriblər.

Təsdiqlənməmiş məlumatlara görə, o, məsuliyyətə cəlb olunub.

XS
SM
MD
LG