Accessibility links

Kreml: Bayden və Putin gələn həftə Ukrayna böhranını müzakirə edəcək


Ukrayna əsgəri
Ukrayna əsgəri

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Rusiya-Ukrayna sərhədində artan gərginlikləri müzakirə edəcəklər. Rusiyanı sərhəddə qoşun cəmləşdirməsi Qərb tərəfindən mümküm işğala işarə olaraq görülür.

Kremlin sözçüsü Dmitri Peskov şənbə günü Interfaks xəbər agentliyinə görüşün olacağınə təsdiqləyib və onun çərşənbə axşamı baş tutacağını bildirib.

Ağ Ev bununla bağlı dərhal açıqlama verməyib.

Kreml bildirib ki, Bayden və Putin Rusiyanın sərhəddə qoşunlarını cəmləşdirməsindən əlavə ikitərəfli münasibətləri və iyun ayında Cenevrədə keçirilən sammitdə əldə olunan razılıqların həyata keçirilməsini müzakirə edəcəklər.

ABŞ Prezidenti Co Bayden cümə günü müxbirlərə deyib ki, o, Rusiyanın Urkayna ilə sərhəddə vəziyyəti eskalasiya etməsini “çox, çox çətinləşdirəcək bir sıra təşəbbüslər üzərində işləyir.” Moskva həftələrdir Ukrayna ilə sərhədində qoşun və avandalıq cəmləşdirir.

Ukraynanın şərq sərhədində vəziyyət Moskvanın qonşusunu idxal etməyə hazırlaşdığına dair narahatlıqlara səbəb olub. Rusiyanın təcavüzü bu həftə NATO xarici işlər nazirlərinin görüşündə də diqqət mərkəzində olub. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib ki, vəziyyətin eksalasiyasının bədəli yüksək olacaq.

Moskva isə öz növbəsində ABŞ və Ukraynanın hücum edə biləcəyini bildirib.

Preziden Bayden cümə günü Ağ Evdə məsələ ilə bağlı müxbirlərə deyib ki, o, ABŞ-ın Avropa və Ukraynadakı müttəfiqləri ilə yaxın əlaqədədir. O bildirib ki, Dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan vəziyyətlə yaxından məşğul olur.

Bayden deyib ki, onun administrasiyası “cənab Putinin insanların narahat olduğu şeyi etməsini çox, çox çətindləşdirəcək bir sıra, zənnimcə, ən hərtərəfli və mənalı təşəbbüslər üzərində işləyir.”

Prezident bu təşəbbüslərin təfərrüatları ilə bağlı məlumat paylaşmayıb.

Bu həftə regionda gərginliyi azaltmaq üçün diplmatik səylər aparılıb. Blinken cümə axşamı Stokholmda həm Rusiya xarici işlər naziri Sergey Lavrov, həm də Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

XS
SM
MD
LG