Accessibility links

Kreml Petrov və Boşirov haqda informasiyanı ötürən şəxsin həbsilə bağlı məlumatları şərh etməyib


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kütləvi İnformasiya Vasitələrinin (KİV) federal təhlükəsizlik xidmətinin Ruslan Boşirov və Aleksandr Petrovun və başqalarının səfərləri barədə məlumatları ötürməkdə şübhəli bilinən sərhəd xidməti işçisinin saxlanılması ilə bağlı xəbərləri şərh etmək istəməyib.

“Məndə belə bir məlumat yoxdur, sizə heç nə söyləyə bilmərəm”deyə, Peskov bildirib.

Daha öncə “Rosbalt” agentliyində bir mənbə Federal Təhlükəsizlik Xidməti, FSB-nin 60-dan çox özəl xəfiyyə və məxfi məlumatlar bazasından informasiya ötürməkdə şübhəli bilinənlər arasında axtarış aparıldığını bildirib. Bunun nəticəsində Şimal-Qərb bölgəsində sərhəd xidmətinin bir işçisi və Federal Vergi xidmətinin bir əməkdaşı saxlanılıb.

“Rosbalt”ın mənbəyi onların adlarını açıqlamayıb və bildirib ki, gizli məlumatların qeyri-qanuni əldə olunması ilə bağlı FSB tərəfindən qaldırılan cinayət işləri Petrov və Boşirovla əlaqədar deyil.

Böyük Britaniya höküməti Ruslan Boşirov və Aleksandr Petrovu Serqey Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bilir. “Bellingcat” “The İnsider” agentliklərinin birgə apardığı araşdırmaya əsasən, onlar Rusiyanın xüsusi xidmət işçiləridir.

Böyük Britaniya prokurorluğu iddia edir ki, Petrov və Boşirov ölkəyə 2018-ci il martın 2-i Rusiya pasportu ilə gəliblər. Lakin pasportlarda onların əsl adlarının qeyd edilib-edilmədiyi hələlik məlum deyil. Onlar “Noviçok” adlı zəhərli maddəni Nina Ricci ətirinin qabında gətiriblər.

“Noviçok”un qurbanları Serqey Skripalın özü və Moskvadan onun yanına qonaq gəlmiş qızı Yuliya olub. Skripallar sağ qalıblar. İyunun 30-u Solsberi şəhərinin yaxınlığında daha iki nəfər, britaniyalı Don Stredjess və Çarli Rouli “Noviçok”dan zəhərlənib. Polis işçiləri iddia edir ki, yerli sakin Çarli Rouli rusların atdığı ətirin qabını tapıb, onu rəfiqəsi Don Sterdjessə hədiyyə edib. Qadın ölüb, Rouli isə həkimin nəzarəti altındadır.

XS
SM
MD
LG