Accessibility links

Kreml: Putin Trampın görüşü ləğv etməsindən inciməyib


Rusiya prezidenti Vladimir Putinin müşaviri Yuri Uşakov
Rusiya prezidenti Vladimir Putinin müşaviri Yuri Uşakov

Kreml bildirib ki, Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampın onunla görüşü ləğv etməsindən inciməyib.

İki lider arasında keçən həftə Argentina paytaxtı Buenos Ayresdə Böyük 20-lərin sammiti çərçivəsində görüş planlaşdırılmışdı. Lakin Tramp Rusiyanın Ukraynanın hərbi gəmiləri və dənizçilərini ələ keçirməsinə cavab olaraq Rusiya prezidenti ilə görüşünü qəfildən təxirə saldı.

Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Rusiya liderinin görüşün təxirə salınmasından incimədiyini bildirib. Lakin o, müzakirəyə ehtiyac duyulan bir sıra məsələlərin mövcud olmasına görə, Kremlin bu qərarı təəssüflə qarşıladığını əlavə edib.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Buenos Ayresdə G-20 sammimtində, 30 noyabr, 2018.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Buenos Ayresdə G-20 sammimtində, 30 noyabr, 2018.

Yuri Uşakov müxbirlərə deyib ki, Böyük 20-lərin zirvə görüşündə şam yeməyi zamanı Putin və Tramp arasında 10-15 dəqiqəlik qeyri-rəsmi söhbət əsnasına onlra dənizçilərlə bağlı insident və Ukraynada vəziyyətə toxunublar.

Uşakov həmçinin bildirib ki, gələcək görüşün təşkili məsələsi ilə əlaqədar təşəbbüs Vaşinqtondan gəlməlidir.

Buenos Ayresdə sammitdə iştirak edən Tramp Rusiyanın Qara Dəniz regionunda üç Ukrayna gəmisi və ekipaj üzvünü ələ keçirməsindən sonra cümə axşamı Rusiya prezidenti ilə planlaşdırılmış görüşünü təxirə saldığını bildirib.

“Gəmi və dənizçilərin Rusiyadan Ukraynaya geri təhvil verilmədiyini nəzərə alaraq, mən qərar verdim ki, Argentinada planlaşdırılmış görüşü təxirə salmaq bütün tərəflər üçün daha yaxşı olacaq” – deyə, Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

XS
SM
MD
LG