Accessibility links

Kreml Putinin sammitdə Trampla görüşəcəyini bildirir


Rusiya rəsmiləri cümə günü deyib ki, Vladimir Putin Buenos Ayresdə Böyük İyirmilik samitti çərçivəsində ABŞ prezidenti Donald Trampla qısa görüş keçirəcək.

Kremlin sözçüsü məsələ ilə bağlı suala “Heç bir planlaşdırımış görüş yoxdur” deyə cavab verib və hansı bir görüş baş tutsa, bunun ekspromt olacağını qeyd edib. Lakin ABŞ tərəfinin bu cavabı iki lider arasında planlaşdırılmamış görüşün baş tuta biləcəyinə işarə edir.

Cümə axşamı Tramp Rusiyanın Qara Dəniz regionunda üç Ukrayna gəmisi və ekipaj üzvünü ələ keçirməsindən sonra Rusiya prezidenti ilə planlaşdırılmış görüşünü təxirə saldığını söyləyib.

“Gəmi və dənizçilərin Rusiyadan Ukraynaya geri təhvil verilmədiyini nəzərə alaraq, mən qərar verdim ki, Argentinada planlaşdırılmış görüşü təxirə salmaq bütün tərəflər üçün daha yaxşı olacaq” – deyə, Tramp cümə axşamı Twitter hesabında bildirib.

Bu açıqlama ABŞ prokurorları Trampın sabiq vəkili Mayk Kohenin Konqresə Trampın Rusiyadakı daşınmaz əmlak biznesi ilə bağlı yalan dediyini etiraf etdiyini açıqlayandan bir neçə saat sonraya təsadüf edib.

Bu açıqlama xüsusi prokurorun 2016-cı il prezident seçkisi kampaniyası zamanı Trampın kampaniyasının Rusiya rəsmiləri ilə əlaqələrini daha yaxından təhqiq etdiyinə işarə edir. Putinlə təxirə saldığı görüşlə bağlı sualları cavablandıran Ağ Evin sözçüse Sara Sanders bu addımın xüsusi prokurorun Rusiyanın 2016-ci il prezidnet seçksinə müdaxilə isə bağlı istintaqı deyil, Rusiyanın Ukraynadakı əməlləri ilə əlaqədar atıldığını vurğulayıb.

XS
SM
MD
LG