Accessibility links

Kreml Putinin yaxın zamanda koronavirusa qarşı peyvənd alacağını bildirib


Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də video konfrans formatında keçirilmiş illik mətbuat konfransı zamanı çıxış edir.

Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə koronavirusuna qarşı ölkədə hazırlanmış Sputnik-V peyvəndini almaq niyyətindədir.

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 27-də bildirib ki, "prezidentin özü yaxın zamanlarda bu haqda qərar verəcək".

Rusiya Səhiyyə Nazirliyi bir gün əvvəl peyvəndin 60 yaşdan yuxarı insanlar üçün istifadəsini təsdiqləyib. Nazirlik peyvəndin bu yaş qrupu üçün 90 faizdən çox təsirli olduğunu bildirib.

Vladimir Putinin 68 yaşı var.

Putin dekabrın 17-də keçirilən ənənəvi mətbuat konfransında "bütün rəsmi məsələlər" həll edildikdən sonra peyvənd olunacağını deyib.

Rusiya Sputnik-V peyvəndini avqustun 11-də təsdiqləyib. Bu, dünyada koronavirusa qarşı rəsmi təsdiq almış ilk peyvəndi oldu.

Rusiyanın rəsmi dövlət statistikasına görə, pandemiyanın başladığı vaxtdan bəri ölkədə koronavirusa 3 milyondan çox yoluxma halı qeydə alınıb, xəstəlik nəticəsində 54 778 nəfər həyatını itirib.

XS
SM
MD
LG