Accessibility links

Kreml Yuliya Skripalın öz xoşu ilə bəyanat verməsini sual altına alıb


Kreml Yuliya Skripalın öz xoşu ilə bəyanat verməsini sual altına alıb.

Rusiya prezidentinin sözçüsü Dmitri Pesko bildirib ki, Krem onun bəyanatı təzyiq altında və ya müstəqil şəkildə verdiyindən əmin deyil. O, Skripalın hüquqlarının Britaniya tərəfindən müdadiə edildiyini də sual altına alıb.

Peskov Skripalların zəhərlənməsini “presedenti olmayan beynəlxalq provokasiya” adlandırıb.

Yuliya Skripal
Yuliya Skripal

Atası, rusiyalı ikili agent Sergei Skripalla bir yerdə hərbi təyinatlı maddə ilə zəhərlənmiş Yulia Skripal deyib ki, onun sağalma prosesi ləng və ağrılı keçib və o bir gün Rusiyaya qayıdacağına ümid edir.

Yulia Skripalın əllə yazılmış bu bəyanatı mayın 23-də açıqlanıb.

Ata və qız Skripallar ötən mart ayında İngiltərənin Solsberi şəhərində huşsuz tapıldıqdan sonra xəstəxanaya yerləşdirilmişdilər.

Yulia xəstəxanadan ötən ay, atası isə ötən həftə buraxılıb. Xəstəxananı tərk edəndən bəri Yulia Britaniya hüquq-mühafizə orqanlarının himayəsindədir.

XS
SM
MD
LG