Accessibility links

Kreml Putin və Bayden arasında video zəngin ilkin tarixinin müəyyən edildiyini bildirir


Vladimir Putinin köməkçisi dekabrın 3-də jurnalistlərə bildirib ki, Rusiya lideri Hindistan səfərindən qayıtdıqdan sonra, gələn həftə onunla ABŞ prezidenti Co Bayden arasında video zəng olacaq.

Yuri Uşakov videozəngin dəqiq nə vaxt həyata keçiriləcəyini açıqlamayıb və bildirib ki, danışıqların yekun detalları üzərində, hələ ki, iş gedir.

“Zəng bir neçə gün ərzində baş tutacaq. Bu videokonfransın konkret tarixi və saatı artıq müəyyən olunub. Amma yaxşı olar ki, bütün parametrlər Amerika tərəfi ilə tam razılaşdırılana qədər gözləyək, sonra biz bunu rəsmən elan edə biləcəyik” deyə Uşakov bildirib.

Uşakov deyib ki, zəng zamanı iki lider arasında iyunda Cenevrədə “Əfqanıstan, İran, Liviya, Ukrayna böhranı və strateji sabitlik üzrə əldə olunmuş razılaşmaların icrasının gedişatı müzakirə ediləcək, eləcə də “qeyri-qənaətbəxş” ikitərəfli əlaqələrə nəzər salınacaq.

Uşakov vurğulayıb ki, Moskva Rusiyanın NATO-nun şərqə doğru genişlənməsinə qarşı hüquqi təminat tələblərinin də müzakirə olunacağına ümid edir. Və o əlavə edib ki, Rusiyanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası liderlərinin sammitinin keçirilməsi ideyasının da mümkün “müzakirəsi olacaq”.

Son həftələrdə Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında on minlərlə qoşun cəmləşdirməsi ilə bağlı xəbərlər ABŞ və bir sıra NATO müttəfiqlərini Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təkrarlamağa vadar edib.

Bundan bir gün əvvəl ABŞ Dövlət Katibi Antoni Blinken Rusiyanı Ukrayna yaxınlığında yerləşdirilən qoşunlarını çıxarmağa və regionda gərginliyin artmasına diplomatik yolla çarə axtarmağa çağırıb. O bildirib ki, Moskvanın qonşusuna qarşı təcavüzü “ciddi nəticələrə” səbəb olacaq.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını qeyri-qanuni ilhaq edib. Bundan qısa müddət sonra Moskva Ukraynanın şərqində 13 200-dən çox insanın öldüyü münaqişədə separatçılara dəstək verməyə başlayıb.

Ukrayna və Qərb rəsmiləri deyir ki, bu ilin əvvəlində Rusiyanın qərbində keçirilən döyüş təlimlərindən bəri Moskva on minlərlə əsgər və ağır texnikanı sərhəd yaxınlığında saxlamağa davam edir.

Rusiya isə hücum planlaşdırdığını inkar edir, Ukraynanı və onun Qərbdəki tərəfdarlarını gərginliyi qızışdırmaqda günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG