Kriptovalyutaların faydaları haqqında insanlara məlumat verən bir qrup şəxs Cənubi Amerika müxtəlif ərazilərinə səfər edib. Təhlilçilər belə səfərlərin Argentina kimi iqtisadi böhran yaşayan ölkələr üçün faydalı ola biləcəyini söyləyir.
Qabriel Kurman: "La Bitcoineta layihəsi Latın Amerikasında yerləşən kiçik qəsəbələri əhatə edir. Bizim məqsədimiz bu insanlara blokçeyn texnologiyasını təqdim etmək, onlardan necə istifadə və necə qazanc əldə edildiyini göstərmək, kiçik qazancları gələcəkdə necə böyük investisiyaya keçirməyi öyrətməkdir.''
La Bitcoineta missiyasının məqsədi insanlara Bitkoin texnologiyası və digər kriptovalyutalardan istifadə etməyi öyrətməkdir. Bu da pesonun təkcə bu il dollar qarşısında 50 faiz dəyər itirdiyi Argentina kimi yerlərdə xüsusilə faydalı ola bilər.
Xuan Qalyardo: "Bitcoin istifadə etməyimə səbəb odur ki, bu gördüyünüz məbləğ mənim bir aylıq maaşım idi. Son 4-5 ildə isə inflyasiya görə bunun dəyəri 5 pesoya düşüb.
Ancaq hər kəsi bu işə, xüsusilə də Bitkoin biznesinı inandırmaq elə də asan məsələ deyil. Artıq 10 ildir bazarda olan Bitkoin bir zamanlar cinayətkarlar arasında baş tutan sövdələşmələrdə istifadə olunduğu üçün tənqid olunur.
Santyaqo Sena: "Mən əmin deyiləm ki, texnologiyalara inanmaq yaxşı fikirdir. Çünki, kimsə onların sahibidir. Beləliklə siz həmin texnologiyalardan istifadə etməklə buna sahib insanları daha da gücləndirirsiniz.
Bu qeyri-hökümət təşkilatı isə başqa cür düşünür. Onların fikrincə kriptovalyutalar insanlara mənfəət qazandıraraq onları gücləndirmək yolu ilə cəmiyyəti daha yaxşıya dəyişə bilər.