Accessibility links

Kristen Gillibrand prezidentliyə namizədliyini irəli sürüb


Nyu Yorkdan olan ABŞ senatoru Kristen Gillibrand 2020-ci il prezident seçkilərində Demokrat Partiyasından nominasiya almaq üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.

Bazar günü səhər saatlarında rəsmi olaraq namizədliyini açıqlayan senator bunu böyük çıxışla deyil, "Cəsurlar qələbə qazanacaqmı?" adlı video paylaşaraq edib.

Paylaşdığı videoda Gillibrad səhiyyə, silahlara nəzarət "Green New Deal" kimi kampaniyası dövründə diqqət göstərəcəyi sahələri qeyd edib.

Veteran villət vəkili növbəti həftə Nyu Yorkdakı Tramp beynəlxalq oteli önündə ilk böyük çıxışısını edəcəyini açıqlayıb.

Beləliklə Kristen Gillibrand da Havai konqresmeni Tulsi Qabbard, senator Elizabet Vorren, Emi Klobuşar və Kamala Harris də daxil olmaqla, prezidentliyə namizədliyini irəli sürmüş böyük qadın qanunvericiləri qrupuna qoşulur.

Gillibrand 2009-cu ildə, Hilari Klinton dövlət katibi vəzifəsinə gəldiyi zaman Klinton tərəfindən Senata təyin edilib. 2009-cu ildən bu yana Gillibard Senatdakı yerini qorumaq üçün üç seçkidə qalib gəlib.


XS
SM
MD
LG