Accessibility links

​​Kristin Bleysi Ford Kavanonun onu zorlanmaq cəhdindən danışıb


​​Kristin Bleysi Ford Senatın Ədliyyə Komitəsində ifadə verib

Ali Məhkəməyə namizəd Brett Kavano tərəfindən yeniyetmə yaşlarında seksual qısnamaya məruz qaldığını iddia edən qadın bu gün Senatın Ədliyyə Komitəsində ifadə verib.

Kristin Bleysi Ford Kavanonun 1982-ci ildə onların hər ikisinin məktəbdə oxuduqları zaman ona təcavüz etməsi barədə danışıb.

"O, əllərini bədənizmə sürtüb, özünü üstümə atdı. Mən kiminsə aşağıda eşidəcəyi ümidi ilə qışqırmağa başladım. Özümü ondan qurtarmağa çalışsam da, çəkisi ağır olduğu üçün bunu edə bilmədim" - deyə, o bildirib.

Ford deyib ki, Kavano onu soyundurmağa çalışsa da, sərxoş olduğu üçün buna nail olmayıb.

"Mən yardıma çağırmaq istıdikdə ağzımı əli ilə bağlayıb, Bu məni ən çox qorxudan hal idi" , o əlavə edib.

Forddan sonra ifadə verəcək Kavano ittihamları rədd edir.

Ford hər kəsə xəbər verməkdən çox qorxduğunu və utandığını söyləyib və hadisənin detallarını yalnız illər sonra açıqlayıb.

Son bir neçə gündə daha iki qadın Kavano ilə bağlı şikayətləri irəli sürüb.

Kaavano iddiaları son dəqiqə ləkələmə və şəxsiyyətə qarşı sui-qəsd adlandırıb.

XS
SM
MD
LG