Accessibility links

Kristin Laqard: Qərb ölkələri və Rusiya arasında qarşıdurma iqtisadi duruma təsir göstərə bilər



Beynəlxalq Valyuta Fondu 2008-ci ildə tənəzzüldən sonra qlobal iqtisadiyyatın durumunun hələ də çox zəif olduğunu bildirib.

Qərargahı Vaşinqtonda yerləşən Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard Krımı ilhaq etdiyinə görə Qərb ölkələri və Rusiya arasında qarşıdurma, eləcə də digər siyasi böhranların iqtisadi inkişafa təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

O deyib ki, qlobal liderlər iş yerlərinin artırılması və dünya üzrə yaşayış standartlarının yaxşılaşıdırlması istiqamətində siyas fəaliyyət göstərməsə dünya iqtisadiyyatı yavaş sürətlə artacaq.

Beynəlxalq Valyuta Fondunun direktoru dünya iqtisadiyyatında keçən il üş faiz artım müşahidə olunduğunu, bu il və gələn il artım olacağını proqnozlaşdırıb.

Kristin Laqard bu açıqlamaları gələn həftə Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iclaslarından öncə verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG