Accessibility links

Kristobal qasırğası ABŞ-a istiqamət alıb


İyunun 7-də ABŞ-ın körfəz sahilləri tropik Kristobal qasırğasından öncə şiddətli yağışa məruz qalıb.

Qasırğa artıq Florida ştatını vurub.

Missisippi və Luizina ştatlarının sahil bölgələrini sel basıb. Minlərlə insan işıqsız qalıb.

Qasırğa sahilə yaxınlaşdıqca fırtınaya çevrilməlidir.

Sinoptiklər proqnozlaşdırır ki, qasırğa Floridanın şərqinə doğru 290 kilomentrlik bir əraziyə təsir göstərəcək.

Ən ağır təsirə Missisippi və Luizinanın məruz qalacağı gözlənilir.

Milli Qasırğa Mərkəzindən verilən məlumata görə, tropik qasırğa güclü küləklə çərşənbə axşamı səhər Missisipi çayına çatmalıdır və bundan sonra vəziyyətin pisləşəcəyi gözlənilir. Küləyin sürətinin 125 kilometrə çatacağı proqnozlaşdırılıb.

Lakin qasırğa şənbə günü artıq təsirini göstərib. Orlando ətrafındakı bir bölgə qasırğadan tamamilə dağılıb. Xəsarət alna olmayıb, lakin sakinlər elktrisiz qalıb.

Tropik qasırğanın Meksika körfəzinin şimalından Luizinadan keçərək Alabama-Florida sərhədlərinə doğru irəliləyəcəyi barədə xəbərdarlıq əvvəlcədən yayılmışdı.

Sinoptiklər bazar günü gecə qasırğanın Luizianadan keçərək, bazar ertəsi Arkanzas və Mussuriyə çatacağını deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG