Accessibility links

Kərkük şəhərində yol kənarı partlayış zamanı İraq əsgərləri həlak olub


Kərkük şəhərində yol kənarı partlayış zamanı İraq əsgərləri həlak olub
Kərkük şəhərində yol kənarı partlayış zamanı İraq əsgərləri həlak olub

Bağdadın başqa hissəsində isə yolkənarı bomba polis patrulunu hədəf alaraq üç mülki vətəndaşı və bir polisi yaralayıb

İraq polisi bildirib ki, Kərkük şəhərində yol kənarı partlayış zamanı İraq əsgərləri həlak olub. Hadisədə bir nəfər yaralanıb. Rəsmilər bombanın Bağdadın şimalından 250 kilometr məsafədə yerləşən şəhərin ətrafında hərbi avtomobili hədəf aldığını bildirib. Başqa bir hadisədə mərkəzi Bağdadda yolkənarı bomba bir qrup küçə təmizləyənlərin yaxınlığında partlayaraq azı dörd nəfəri yaralayıb. Bağdadın başqa hissəsində isə yolkənarı bomba polis patrulunu hədəf alaraq üç mülki vətəndaşı və bir polisi yaralayıb.

XS
SM
MD
LG