Accessibility links

Kuşner: Yaxın Şərqdə irəliləyiş üçün “zəmin hazırdır”


Ağ Evin müşaviri Cared Kuşner Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib, 30 avqust, 2020.
Ağ Evin müşaviri Cared Kuşner Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib, 30 avqust, 2020.

Ağ Evin müşaviri Cared Kuşner İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasına dair razılığı tarixi addım adlandırıb və bunun digər ərəb dövlətlərinin onların nümunəsinə əməl etməsi üçün “zəmin hazırladığını” deyib. Lakin o hər hansı yeni razılıqların olduğuna işarə etməyib.

Kuşner bu açıqlamaları İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ-ın milli təhlükəsizlik müşaviri Robert O'Brayan ilə birlikdə yüksək səviyyəli nümayəndə heyətinin tərkibində İsraildən BƏƏ-yə ilk təyyarə uçuşuna qatılmasından bir gün əvvəl keçirilən mətbuat konfransı zamanı verib. Təyyarə ilə simvolik əhəmiyyətə malik olan bu uçuşun İsrail və BƏƏ arasında münasibətlərin tam normallaşması istiqamətində əsas addımlardan biri olacağı gözlənilir.

İsrail və BƏƏ arasında avqustun 13-də tam diplomatik münasibətlərin qurulması istiqamətində atılmış addım Yaxın Şərqdə Fələstin məsələsindən tutmuş İranla münasibətlərə qədər mövcud vəziyyətin müxtəlif aspektlərində dəyişikliyi əks etdirir.

"Bu gün açıq bir şəkildə sülh naminə tarixi bir irəliləyişi qeyd edirik", Kuşner bildirib. O, razılaşmanın iqtisadi, təhlükəsizlik və dini əməkdaşlıq sahələrində “əvvəllər ağla gəlməyən” imkanlar yaradacağını əlavə edib.

"Çoxlarının bu sülh razılaşmasının qeyri-mümkün olduğunu düşünməsinə baxmayaraq, bundan daha artıq üçün zəmin hazırdır" deyən Kuşner razılaşmanın elan edilməsindən bəri bütün regionda nikbinliyin şahidi olduğunu iddia edib.

ABŞ prezidenti Donald Trumpın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayan digər ərəb və müsəlman ölkələrinin də Birləşmiş Ərəb Əmirliklərindən nümunə götürəcəyini və İsrail ilə münasibətləri normallaşdıracağını düşündüyünü deyib.

Yaxın Şərq üzrə baş müşavir və prezident Trampın kürəkəni olan Cared Kuşner, milli təhlükəsizlik müşaviri Robert O'Brayan və ABŞ-ın digər rəsmi şəxsləri İsrail nümayəndə heyəti ilə birlikdə bazar ertəsi İsraildən ilk təyyarə uçuşu ilə BƏƏ-yə səfər edəcəklər.

İsrail və BƏƏ avqustun 13-də iki ölkə arasında diplomatik münasibətlərin tam normallaşmasına dair razılıq əldə etdiklərini elan edib. Razılaşma ABŞ-ın fəal vasitəçiliyi sayəsində əldə edilib. Sənədlərə əsasən, İsrail rəhbərliyi İordan çayının Qərb sahilində fələstinlilərin gələcək dövlətin bir hissəsi kimi görmək istədiyi bəzi ərazilərin ilhaqı planlarını dayandıracaq.

Birləşmiş Ərəb Əmirlikləri Körfəz bölgəsində İsraillə aktiv diplomatik münasibətlər yaradan ilk dövlətdir. Bundan öncə rəsmi Əbu Dabi yəhudi dövlətinin mövcudluğunu tanımırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG