Accessibility links

Fidel Kastro: İmperiyadan bizə heç bir hədiyyə lazım deyil


.
.

Kubanın qocalmış inqilabi lideri Fidel Kastro Birləşmiş Ştatlarla əlaqələrin yaxşılaşdırılmasına müqavimət sərgiləyən məqalə ilə çıxış edib.

2008-ci ildə hakimiyyəti 84 yaşlı kiçik qardaşı Raula təhvil verən 89 yaşlı Kastro Prezident Obamanın ötən həftə üç günlük səfəri əsnasında gözə dəymədi. Bu, az qala son 90 ildə ABŞ prezidentinin Kubaya ilk səfəri idi.

ABŞ prezidentindən 'keçmişi arxada qoyaq' mesajı bəzilərimizi infarkt edə bilər.
Fidel Kastro

Havanaya səfəri zamanı Barak Obama 50 idən çox davam edən ədavətə son qoyulduğunu bəyan edib.

Keçmişi geridə buraxmaq

Dövlət mediasında yayımlanan yazıda Fidel Kastro İspaniya müstəmləkəçiliyindən tutmuş ABŞ-ın 1961-ci ildə onu devirməsinə cəhd etməsinə qədər Kubanın tarixinə toxunub.

"Qardaş Obama" adlı məqalədə Fidel Kastro Obamanın çıxışından misal gətirərək “keçmişi geridə buraxmağın vaxtıdır” anonsunu sual altına alır. "ABŞ prezidentindən bu sözləri eşidən bəzilərimizi infarkt vura bilər," deyə Kastro istehza ilə yazıb.

Gündəlik Kubaya ABŞ-dan 100-dən uçuş planlaşdırılır.
Gündəlik Kubaya ABŞ-dan 100-dən uçuş planlaşdırılır.

Hər iki ölkə Vaşinqton və Havanada səfirliklərini bərpa edib. Birləşmiş Ştatlar Kubaya qarşı iqtisadi embarqonu qaldırmasa da, Obama iki ölkə arasında iqtisadi əlaqələri xeyli yaxşılaşdırıb.

İlin sonunadək ABŞ avialaynerlərinin Kubaya gündəlik 110 reys açacaqları gözlənilir.

İqtisadi əlaqələrin yenilənməsi

Fidel Kastro iqtisadi əlaqələrin yenilənməsi barədə deyib ki, "heç kim bu ölkənin xalqının haqlarına və şöhrətinə şübhə ilə yanaşmamalıdır. Biz ehtiyacımız olduğu ərzaq və digər malları istehsal etməyə qadirik."

"Mənim ona tövsiyəm Kuba siyasəti haqda nəzəriyyələr inkişaf etdirməmək olardı," deyə on illərlə Kubada hakimiyyəti əldə saxlamış və daha sonra qardaşına ötürmüş Fidel Kastro yazıb..

ABŞ lideri Kubada olduğu müddətdə prezident Raul Kastro ilə bir neçə görüş keçirib.

Liderlər daha sonra birlikdə Kuba milli beysbol komandası ilə Tampa Bay Rays arasında yoldaşlıq matçını izləyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG