Accessibility links

Kubaya səyahətlərə yeni qadağalar tətbiq olundu


ABŞ-ın Maliyyə Nazirliyi Kubaya səyahərt qaydalarına yeni məhdudiyyətlər tətbiq edib. Bu addım Kubanın qərb yarımkürəsində "sabitsizlik" yaratdığına görə atılıb.

Nazirliyin bəyanatında deyilir ki, Kubaya təhsil səyahəti qadağan edilir. Bu, Karib dənizi adasına səyahətin əsas yolu idi. Bu üsuldan minlərlə amerikalı hələ sabiq prezident Barak Obamanın 2014-cü ildə Havana ilə diplomatik əlaqələri bərpa etməsindən öncə istifadə edirdi.

Maliyyə Nazirliyi bundan əlavə özəl və korporativ təyyarələr və qayıqların səyahətinə də qadağa tətbiq edib.

Ticari uçuşların, universitet qrupları, jurnalistlər və peşəkar tədbirlərə səyahətlərin davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG