Accessibility links

ABŞ-ın Kubadakı diplomatlarının beyin skanları "neyro-vizual dəyişikliklər"in olduğunu göstərib


Çərşənbə axşamı açıqlanan araşdırmaların nəticələrinə görə, 2016-cı ilin sonlarında Kubadakı ABŞ səfirliyinin müəyyən edilməyən nevroloji simptomlardan əziyyət çəkən 40 işçisinin beyin skanları "neyro-vizual dəyişikliklər"in olduğunu göstərib.

Diplomatlar davamlı olaraq qulaq ağrısı, eşitmə qabiliyyətinin itirilməsi, baş gicəllənməsi, başağrısı, yuxusuzluq və başqa problemlərdən şikayətlənib.

Bəzi simptomların mənbəyinin səs və ya mikrodalğalı işıq yayan silahlar olduğu deyilsə də, tədqiqatçılar nəticələrin sağlamlığa təsiri ilə bağlı heç nə əldə etməyib.

Kuba hökuməti Vaşinqtonu Karib ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalara bəraət qazandırmaq üçün bu insidenti bəhanə gətirməməyə çağırıb.

O zaman ABŞ səfirliyinin əməkdaşları yüksək cırıltılı səslər, kəskin qışqırtılar və uğultular eşitdiklərini deyəndə, Tramp administrasiyası onlara qarşı “akustik hücum” həyata keçirildiyini bildirmişdi.

İnsident zamanı Dövlət Departamenti səfirlik işçilərinin yarıdan çoxunu geri çağırıb.

Kanadanın Kubadakı səfirliyinin diplomatları da oxşar simptomlardan şikayətlənib. Diplomatlardan beşi ailələri ilə birlikdə vəziyyətin ciddiliyini nəzərə almadığı, təhlükəsizlik və sağlamlıqla bağlı ciddi problemləri gizlətdiyi, işçilərinə yalan və natamam məlumat verdiyinə görə Kanada hökumətini məhkəməyə verib.

XS
SM
MD
LG