Accessibility links

Kuba fəalları Beynəlxalq İnsan Haqları gününü qeyd etmək istərkən saxlanıb


Kubanın təhlükəsizlik qüvvələri Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə yürüş keçirmək istəyən 20-ə yaxın fəalı nəzarət altına alıb.

Fəalların paytaxt Havananın mərkəzi küçəsində nümayişə başlamaq istədikləri vaxt saxlandıqları görülüb. Etirazçılar müqavimət göstərsə də hadisə zamanı xəsarət alan olmayıb.

Hökümətyönümlü nümayişçilər küçələrdə toplaşaraq Kuba inqilabı naminə şüarlar səsləndirib.

Kuba rəsmiləri bir qrup əks-inqilabçının xaricdən maliyyələşdirilərək Kommunist sisteminə zədə vurmaq istədiklərini bildiriblər.
XS
SM
MD
LG