Accessibility links

Kuba: Şimali Koreya gəmisində tapılmış raketlər köhnəlmiş hərbi texnikadır



Kubanın xarici işlər nazirliyi Panama kanalı yaxınlığında saxlanmış Şimali Koreya gəmisinin Kubaya məxsus hərbi avadanlıq daşıdığını etiraf edib.

Nazirlik raketlərə qarşı qurğular, hissələrə ayrılmış raketlər və köhnəlmiş adlandırdığı digər hərbi avadanlığın Şimali Koreyaya təmir üçün göndərildiyini bildirib.

Panama rəsmiləri gəmini narkotik maddələr daşıya ilə bildiyi ilə bağlı şübhələr əsasında saxlayıb. Bunun əvəzinə rəsmilər şəkər tou tükləri altında onların sözlərilə, “müasir raket avadanlığı” aşkar etdiklərini bildiriblər.

Panama rəsmiləri gəminin kapitanının intihara cəhd göstərdiyini və ekipaj üzvlərinin əməkdaşlıq etmədiyinə görə saxlandıqlarını bildirib. Hərbi təchizatın yoxlanması günlər sürə bilər.

Məsələ Şimali Koreyanın ballistik raketlər, ya da nüvə texnologiyaları almasına və satmasına qoyulmuş qadağanı pozub-pozmadığını müəyyənləşdirmək üçün BMT rəsmilərinə təqdim edilə bilər.
XS
SM
MD
LG