Accessibility links

Kuba ilə Avropa İttifaqı razılıq əldə edib


Avropa İttifaqı və Kuba onillərdir mərhum kommunist lider Fidel Kastronun rəhbərliyi altında insan haqları narahatlıqları səbəbilə kəsilən əlaqələri yaxşılaşdırmaq üçün razılıq əldə edib.

Bazar ertəsi Kubanın xarici işlər naziri Bruno Rodriqez Parilla və Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Moqerini,eləcə də İttifaqın 28 üzv ölkəsinin nümayəndələri Brüsseldə yeni razılıq imzalayıblar.

Bu tarixi bir gündür. Biz köhnə səhifəni çevirib, indi yeni fəslə başlayırıq. Əslində mən həmçinin qeyd etmək istəyirəm ki, Avropa Şurasının 1996-cı ildə Avropa İttifaqının Kuba ilə bağlı tutduğu mövqeyini ləğv etmə qərarı verib və bu qərar bu gündən etibarlıdır.
Federika Moqerini

Moqerini deyib ki, Kuba ilə razılıq inqilabidir:

“Bu tarixi bir gündür. Biz köhnə səhifəni çevirib, indi yeni fəslə başlayırıq. Əslində mən həmçinin qeyd etmək istəyirəm ki, Avropa Şurasının 1996-cı ildə Avropa İttifaqının Kuba ilə bağlı tutduğu mövqeyini ləğv etmə qərarı verib və bu qərar bu gündən etibarlıdır”.

Parilla deyib ki, razılıq onu göstərir ki, səy və ehtiramla, irəliləyiş əldə edib, fikir ayrılıqlarını həll etmək mümkündür. Onun sözlərinə görə, Kuba sosialist iqtisadiyyat qurmağa davam etdiyi bir vaxt Avropa ilə iqtisadi əlaqələrin ölkə üçün prioritet olacağına inanır.

Ötən həftə Aİ nazirləri 1996-cı ildə əlaqələrin normallaşdırılması üçün Kubanın insan haqları standartlarını yüksəltməli olduğuna dair qanunu ləğv etməyə qərar verib.

Kuba Avropa İttifaqı ilə ticarət, insan haqları və mühacirət məsələlərində “dialoq və əməkdaşlığa” dair razılığı olmayan yeganə Latın Amerikası ölkəsi idi.

2003-cü ildə Aİ jurnalist və fəallara qarşı təqiblər səbəbilə Kubaya sanksiyalar tətbiq edib və əməkdaşlığı dayandırıb.

XS
SM
MD
LG