Accessibility links

Kuba kimi ölkələrdə Amerika danışa bilməyənlərin səsi olacaq


ABŞ dövlət katibi Hillari Klinton Konqresə 2011-ci il insan hüquqlarının vəziyyətinə dair dəyərləndirmələr göndərib. Hər bir hökumətin insan hüquqlarına necə riayət etdiyindən bəhs edən hesabat qanunvericilərə xarici siyasətin müəyyən edilməsinə yardım edir.
2011-ci ildə Yaxın Şərq, Şimali Afrika regionu, Tunis kimi ölkələrdə bəzi nailiyyətlər müşahidə edilib. Ərəb Baharı azad seçkilər kimi inkişaflara yol açıb.

Birmada hökumət siyasi islahatlar həyata keçirib və 200-dən artıq siyasi məhbus azad edilib. Kolumbiyada insan haqları sahəsində ədalət bərpa edilməkdədir

Lakin bir çox ölkədə vəziyyət acınacaqlı olaraq qalır. Saxtalaşdırılan seçkilər, ifadə, toplaşma, mətbuat azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyətlərinin fəalliyyətlərinə nəzarət, insan hüquqlarına hörmətsizlik narahatlıqların əsasını təşkil edir.

Kubada vəziyyət son illər ciddi narahatlıqlara yol açıb. Kommunist hökuməti rəsmi yollarla hüquq pozuntularına əl atır. Hökumət nümayəndələri toxunulmazlıqlarından sui-istifadə edir. Vətəndaşlar təzyiqlərə məruz qalır, siyasi vəziyyət barədə səsini ucaldanlar susdurulur. Son illər siyasi məhbusların sayı artıb. 2011-ci ilin dekabrında həbslərin sayı son 30 ildə ən yüksək səviyyəsinə çatıb.

Kuba hökuməri söz, mətbuat, din və sərbəst hərəkətə ciddi məhdudiyyətlər tətbiq edib. Əmək hüquqları ciddi şəkildə pozulur. Müstəqil həmkarlar ittifaqları hədəf alınır.
ABŞ universal hüquqların inkişafına çalışır. Tərəfdaşlıq yolu ilə bu səylər davam etdiriləcək. Hər bir qadın, kişi və uşağa yardım ediləcək. Kuba kimi ölkələrdə Amerika danışa bilməyənlərin səsi olacaq.

XS
SM
MD
LG