Accessibility links

Rusiya Trampın Kuba siyasətini tənqid edib


Rusiyanın Xarici İşlər Nazirliyi Donald Trampın Kuba ilə əlaqələrin dondurulmasını elan və Kuba liderinin tənqid etməsini qınayan bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Tramp bizi Soyuq Müharibəyə sürüklərir.

ABŞ prezidenti 50 ildən çox Amerika tərəfindən təcrid edilən Kuba ilə münasibətlərdən çəkilib.

Yeni siyasəti prezident Mayamidə açıqlayıb və bundan sonra qaydalar dərhal hazırlanmağa başlayıb.

Trampın seçkiqabağı kampaniyaları zamanı Moskva ilə münasibətlərin yaxşılaşdırılacağı vədlərinə baxmayaraq, hələ ki, iki ölkə arasında əməkdaşlıq sahəsində ciddi irəliləyiş müşahidə edilməyib.

Ötən həftə ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaları yekdilliklə təsdiq edib.

Rəsmi Moskva Havana ilə yaxın əlaqələrə malikdir. Mart ayında ilk dəfə Rusiya Kubaya neft daşınması barədə razılıq imzalayıb.

Amerikalıların Kubaya səyahətlərinin məhdudlaşdırılması ilə yanaşı, Kuba iqtisadiyyatının yarısını təmin edən GAESA ilə biznes əlaqələri yasaqlanacaq.

Donald Tramp prezident seçildiyi vaxtdan bəri Barak Obamanın Kuba ilə münasibətlərin normallaşdırılmasına dair əldə etdiyi razılıqları ləğv edəcəyi ilə hədələyirdi. Bu, iki ölkə arasında münasibətlərin bərpasına dair tarixi razılığın təhlükə altına alına bilməsinə işarə idi.

Prezident Obama Kastro administrasiyası və Kuba hökuməti arasında münasibətlərin bərpası istiqamətində iki il iş aparıb.

Bu səylərin kulminasiya nöqtəsi 50 ildən sonra ilk dəfə olaraq iki ölkə arasında birbaşa təyyarə uçuşlarının bərpası və səfirliklərin yenidən açılması olub.

XS
SM
MD
LG