Accessibility links

Kubada 59 etirazçı mühakimə olunub, yüzlərlə insan həbs edilib


Şənbə günü yüksək vəzifəli rəsminin bildirdiyinə görə, Kubada indiyə qədər 59 nəfər bu ayın əvvəlində hökumətə qarşı misli görünməmiş nümayişlərdə iştirak etdiklərinə görə mühakimə olunublar.

Onlara qarşı yüngül ittihamlar irəli sürülüb və saxlanılan insanların tam siyahısı açıqlanmayıb, baxmaraq ki, insanlar öz qohumları barədə məlumat almağa çalışırlar.

“Dünənə qədər ölkənin bələdiyyə məhkəmələrinə 19 ədliyyə prosesi çatıb və onlara bu qarışıqlıq zamanı iddia olunan cinayətləri etməkdə ittiham olunan 59 nəfərin məhkəmə prosesi daxildir,” Ali Məhkəmənin sədri Ruben Remigio Ferro müxbirlərə bildirib.

İyulun 11 və 12-də minlərlə kubalı küçələrə axışıb və “Azadlıq”, “Diktaturaya son”, “Biz acıq” şüarlarını səsləndiriblər. Bu, Fidel Kastro baş verən inqilab nəticəsində 1959-cu ildə hakimiyyətə gələndən bəri ölkədə keçirilən ən böyük etiraz olub.

Yüzlərlə insan həbs olunub və onların çoxu hörmətsizlik, ictimai asayişin pozulması, vandalizm və üz maskası taxmadan yürüş edərək koronavirus epidemiyasını yaymaq ittihamları ilə üzləşir.

Müstəqil müşahidəçilər və fəallar həbs olunanların siyahılarını dərc ediblər və həmin siyahılarda azı 600 nəfərin adı var.

Ferro deyib ki, ittiham olunanları mühakimə etmək üçün sürətli məhkəmə sistemindən istifadə olunub. Lakin o, qanuni məhkəmə prosesinə riayət olunduğunu bildirib.

Yürüşlər ölkədə son 30 ildə baş verən ən pis iqtisadi böhran, xroniki elektrik, ərzaq və dərman çatışmazlığı, habelə artan COVID-19 halları fonunda keçirilib.

Etirazçılar tərəfindən mənimsənən hökumət əleyhinə rep musiqisinin yaradıcılarındaın biri olan Anyelo Troya “ictimai asayişi pozduğuna” görə çərşənbə günü bir il müddətində azadlıqdan məhrum olunub. Bu barədə onun ailəsi xəbər verib.

XS
SM
MD
LG