Accessibility links

Kubada bəzi məhsulların qıtlığı yaşanır


Kubada bəzi məhsulların qıtlığı yaşanır
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Kubalılar uzun müddətdir ki, vaxtaşırı bəzi məhsulların çatışmazlığı ilə üzləşir, xüsusilə də dövlətin idarə etdiyi iqtisadiyyata vurulan xarici şoklar və düzgün işləməyən mərkəzi planlaşdırma səbəbilə. Lakin bəzi təməl məhsulların qıtlığı son aylarda daha da artıb.

İlk öncə dərman, daha sonra un, bitki yağı indi isə yumurta və ət.

Çatışmazlıq səbəbilə bəzi məhsulların qara bazarda qiymətləri artıb. Kubada orta əmək haqqı aylıq 30 dollar olduğu üçün hər bir kubalının onları almağa imkanı çatmır.

Hökümət dərman kimi bəzi məhsulların çatışmazlığına istehsal üçün lazım olan məhsulların idxal çatışmazlığının səbəb olduğunu bildirib.

Kuba üç il öncə aşağı ixrac və likvidlik problemləri səbəbilə sərt iqtisadi tədbirlər görüb, çünki əsas müttəfiqi Venesuelada yaşanan iqtisadi böhran səbəbilə oradan gələn yardım xeyli azalıb.

Kuba
Kuba

Kuba həmçinin prezident Donald Trampın hakimiyyəti altında sərtləşdirilən ABŞ-ın on illərdir davam etdirdiyi ticarət embarqosuna və ultra-sağçı Jair Bolsonaro prezident seçiləndən sonra Braziliyaya tibbi xidmətlərin ixracının dayandırılmasına qarşı mübarizə aparmalı olub.

Bundan əlavə ölkə müttəfiqi Əlcəzairdə etirazların artdığı dövrdə həkim və tibb bacılarının ixracına təhlükə ilə üzləşir.

Prezident Migel Diaz-Kanel dekabr ayında Milli Assambleyaya bildirib ki, hökümət bu il xərclərini daha da azaldacaq.

İqtisadiyyat naziri Alexandro Gil Fernandez ötən ay deyib ki, toyuq yeminin idxalı ilə bağlı problemlər yumurta istehsalına təsir göstərib. Kuba gələcək aylarda bəzi əsas ərzaq və digər məhsulların idxalını artıracaq.

“Onlar sizə bir qutu yumurta verir, amma növbə tez gedir. Kubada ərzaq problemi əbədidir”, yerli sakin Lizet söyləyib.

Bir çox kubalı deyir ki, onlar çatışmazlıqlara öyrəşib, lakin bəziləri vəziyyətin pisləşəcəyindən qorxur.

“Ölkədə çox sayda qıtlıq, çox sayda problem var. İndiyədək qəzetin problemi yox idi, amma belə görünür bundan sonra olacaq”, yerli sakin Markos Koka bildirib.

Hökümət həmçinin cümə axşamı Granma kimi həftəlik dərc olunan qəzetlərin sayını azaldacağını elan edib, çünki idxal etdiyi qəzet kağızlarının qıtlığı yaşanır. Hökümət həmçinin artıq şənbələr Gənc Kommunistlər İttifaqının Juventud Rebelde qəzetini dərc etməyəcəyini bildirib.

XS
SM
MD
LG