Accessibility links

Kubada siyasi məhbuslar azad olunur


Kubada siyasi məhbuslar azad olunur
Kubada siyasi məhbuslar azad olunur

Kuba hökuməti iki tanınmış siyasi məhbusu onların etirazlarına baxmayaraq həbsdən azad edib. Sərbəst buraxılan məhbuslar bütün başqa müxalifət liderlərinin azad edilməsini tələb edirdilər.

Hektor Maseda və Angel Moya deyirlər ki, həbsxana rəsmiləri dünən onlara daha məhbəsdə qala bilməyəcəklərini söyləyiblər. Əvvəlcə Maseda, günün sonunda isə Moya azad buraxılıblar.

Azad edilən şəxslər prezident Raul Kastronun Kuba Katolik Kilsəsi ilə əldə etdiyi razılığa əsasən azad etməli olduğu 52 siyasi məhbusdan ikisidir. Onların çoxu artıq azad olunmuş və İspaniyaya mühacirətə göndərilmişlər.

Əgər 52 siyasi məhbusun hamısı azad olunsa, bu, son illərdə Kubada siyasi məhbusların ən kütləvi şəkildə azad edildiyi ölçü olacaq.

XS
SM
MD
LG