Accessibility links

115 kubalı həkim Azərbaycana gəlib


COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi iyulun 13-də Azərbaycana gəlib.

Bu barədə AZƏRTAC dövlət agentliyi məlumat yayıb.

Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo bildirib ki, Kubadan Azərbaycana böyük tibb personalı gəlib.

“Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir,” o qeyd edib.

Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək.

"Kubalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar," o qeyd edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Ramin Ağayev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dəvəti ilə Kubanın tibb işçilərindən ibarət böyük heyət Azərbaycanda pandemiyaya qarşı tədbirlərə cəlb olunub. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq.

Kubanın tibb mütəxəssisləri hazırda dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərir.

XS
SM
MD
LG