Accessibility links

Kuba BMT-nin sanksiyalarını pozub


Panama hökumətinin bildirdiyinə görə, Birləşmiş Millətlər Təşkilatı mütəxəssisləri müəyyən edib ki, Panama Kanalında Şimali Koreya karqo gəmisindən ələ keçirilən Kuba silahları BMT sanksiyalarını pozub.

Panama hökuməti keçən ay ələ keçirilən silahların yoxlanışını bu yaxınlaşda baş çatdıran BMT mütəxəssisləri tərəfindən açıqlanan ilkin hesabatdan belə nəticəyə gəlib.

Panama rəsmiləri narkotik daşıması şübhələri ilə gəmini kanalın yaxınlığında saxlamışdı. Yoxlanış zamanı onlar minlərlə şəhər tozu torbasının altında gizlədilən qeydiyyata alınmamış silahlar aşkar etmişdilər.

Kuba hökuməti bildirib ki, bu köhnəlmiş silahları təmir üçün Pxenyana göndərirdi və bərpa ediləndən sonra silahlar Havanaya geri qaytarılmalı idi.

Silahlar arasında Sovet istehsalı MiG-21 qırıcı təyyarələri, 15 Mig-21 mühərriki və 9 qırıcı təyyarə əleyhinə sistem var.
XS
SM
MD
LG